Azərbaycan-Ukraynalı rəssama dəstək olun!

 Azərbaycan-Ukraynalı rəssama dəstək olun!

Sevinc Abbasova Odessanın kiçik və konservativ icmasında yaşayan ukraynalı illustratordur. Onun işi mədəniyyətin müxtəlif aspektlərinə toxunaraq, mentalitetin ona necə təsir etdiyini göstərir. İdentifikasiya krizisi ona yaradıcılıq prosesində, kim və hara aid olmağını tapmağa imkan yaradır. Onun personajları güclü və cəsurdur və illüstrasiyaları Azərbaycanı müxtəlif formalarda təmsil etməklə yanaşı, sosial mövzulara da toxunur. O, həm ənənəvi, həm də rəqəmsal materiallarla işləyir.

“Hal-hazırda, özümü yeni tərəfdən kəşf edirəm. Ukraynada olanda, Qarabağ müharibəsi zamanı, öz evimi itirmiş kimi hiss edirdim. İndi isə yenə o hissləri yaşayıram, amma həm mənəvi həm də maddi tərəfdən. Mənim işim kimlik haqqındadır. Bu mövzunun aktuallığı müharibə fonunda mənim üçün artıb.

Bir məkanda 21 il yaşamaq və bağlanmaq az deyil, onun üçün bu saat mənim kimi millionlarla azərbaycanlı vətəni və evi Ukaraynadan məcburi uzaqlaşdırıldığı üçün gələcəkləri və xəyalları sual altındadır.

Müharibənin sənətimə təsiri çox oldu. Gələcəyimin necə olduğunu təsəvir edə bilmirəm. Sıfırdan başlamalı olacağımı düşünürəm. Sanki yaşadığım bütün təcrübələr və uşaqlığım bir anda puç oldu. Hal-hazırda öz sənətimdə Ukraynada baş verənlər haqqında fərqindəlik yaratmağa çalışıram. Bu, hər millətin üzvü və izləyici üçün kontekst təqdim edir və aramızda daha empatiya qurmağa imkan yaradır. İndiki vəziyyətdə sənətimi müharibə ilə üzləşən insanların faydasına istifadə etməyə çalışıram.

Bakıda qalmağı düşünürəm və bunun üçün stabil həyata qayıdana qədər aktiv şəkildə öz əsərlərimi satıram. Artıq original rəsmlərinin çoxu satılıb. Planım emalatxana tapıb, öz fəaliyyətimə daha rahat davam etməkdir.

Mən bilirdim ki, Azərbaycana qayıdacağam, amma belə olması heç vaxt ağlıma gəlməzdi. Mən rəssamam, inanıram ki, mənim gücüm harada olsam da öz dəyərlərimə əsasən hərəkət etməkdədir. Mən harada olsam da, doğrunu çatdırmağa çalışacağam.”

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

1 Comment

  • Tablolarınızdan satın alarak destek olmak istiyorum teşekkür ederim

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir