Tural Rəhmanlı

 Tural Rəhmanlı

Tural Rəhmanlı 1992-ci ilin sentyabrında Azərbaycanın Qarabağ bölgəsində anadan olub. Rəssam olaraq karyeriyasına başlayan Tural  2011-ci ildə təhsil almaq məqsədilə İstanbula gedib və oradakı təhsili ərzində, 2013-cü ildə fotoqrafiya ilə maraqlanmağa başlayıb. Onun işləri küçə fotoqrafiyası və sənədli fotoqrafiyaya yönəlmişdir. Turalın əsərləri dünyanın bir çox festivallarında sərgilənib, Bakıda isə müxtəlif sərgilərdə iştirak edib. O, fotoqrafiyaya ömürlük bir layihə kimi baxdığını və ömrü boyu hər gün foto çəkməyi planlayır. 2016-cı ildən bəri “Turkuaz street” fotoqrafiya kollektivinə üzvdür. “Şərq”, “Metro”, “Çarşı”, “Istanblues”, “Ukrayna” kimi layihələrin müəllifidir.

 

Tural Rəhmanlının “Ukrayna” fotolayihəsi təkcə sənətlə reportaj arasında yox, həm də müxtəlif zamanlar və insanlar arasında bir körpü yaradır. Müəllif səyahət etdiyi ölkənin qaranlığını, hüznünü poetik dildə nümayiş etdirir. O, Ukraynanın sosial böhranına, bir növ hər şeylə dolu cəmiyyətinə müraciət edir. Yaratdığı körpüdə illərin sınaqlarından çıxmış toplumun bu gününə bir də keçmişin pəncərəsindən baxır. Soyuq fotoları izləyərkən üşümə hissini dərhal yaxın planda çəkilən isti insan portretləri əvəz edir.Tural izləyicilərini insana xas məsələləri özünəməxsus, bir növ estetik dil vasitəsi ilə oxumağa dəvət edir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir