Aisel – Impavide

 Aisel – Impavide

Latın dilindən tərcümədə “İMPAVİDE” qorxmazlıq deməkdir. Albom insanın ən güclü və dağıdıcı hissi olan qorxu, və onun əksi – qorxmazlıq haqqında danışır. İnsanları ən qədim zamanlardan cəsarətli və qorxmaz addımlara sövq edən, hadisələrin gedişatını dəyişərək tarix yazan da məhz bu hiss olub.

 

Albomdakı hər bir trek bir insanın həyatı boyu düşdüyü, və hipotetik olaraq düşə biləcəyi ən müxtəlif vəziyyətlərin təcrübəsini və qavrayışını təsvir edir. Məsələn “System” treki qeyri-ixtiyari şəkildə içində dünyaya göz açdığımız sistemdə sağ qalmaq mübarizəsindən, və bu sistemi özümüz qura bilərdiksə, hər şeyin necə biz istədiyimiz kimi ola biləcəyindən bəhs edir. “Lulluby” treki təhtəlşüur, bizim uşaq yaşlarında fərqli şəraitlərin təsiri altında formalaşmamız, və onlara olan reaksiyalarımizdan bəhs edir.

 

Albomda qotik çalarlar mövcuddur, və eksperimental şəkildə işlənmişdir, burada alternativ, sinematik, və hətta dubstep kimi janrların qarışımını duymaq olar.

Musiqi platformalarında

Music – AISEL

Arrangement & Lyrics – Fidan Aliva

Mix & Master – Oleg Naumov

Cover Artist – Eldar Aslanov

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir