Dihaj ft. Uran – We Shall See Them Sometimes

 Dihaj ft. Uran – We Shall See Them Sometimes

“Cəmiyyətin ruhi vəziyyətini onun psixoloji sağlamlıq problemi olan fərdlərinə yanaşması ilə təyin etmək olar”

Bu şəxs Emil Hüseynovdur. Onun 18 yaşı var. Hələ uşaq olanda o başından travma alıb və 1 saylı Respublika Psixiatriya Xəstəxanasında müalicə almağa başlayıb. O burada 4 il yaşayıb və keçən il xəstəxanadan çıxmağa icazə verilib. O indi fermada yaşayır və işləyir, həmin xəstəxanada yerli pantomima truppasında fəaliyyət göstərir. Rep musiqisi ilə məşğuldur və bir gün məşhur reper olmaq istəyir. Həftədə iki dəfə müayinədən keçməlidir, çünki onun psixoloji durumu ciddi işə qəbulu üçün çətin şərait yaradır.

Bu birgə iş Mədəni Niyyət xeyriyyə cəmiyyətinin sosial işinin bir hissəsidir və incəsənət terapiyasını xəstəxanalardakı ciddi psixoloji müalicə üsullarına inteqrasiya edərək siravi vətəndaşlarla tanış etməyi hədəfləyir.

Gözəl insan, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Həsən Rəsuloviçə xüsusi təşəkkürlər.

“We Shall See Them Sometimes” sinqlını buradan dinləyə bilərsiniz:

https://itunes.apple.com/us/album/we-shall-see-them-sometimes-single/1353974803

Musiqi: Dihaj
Sözlər: Dihaj / Uran

Dihaj : fb / soundcloud / instagram
Uran : fb / soundcloud / instagram
Mədəni Niyyət : fb / instagram
Rejissor: Sitara Ibrahimova
Kamera : Orxan Kazımov, Sitara Ibrahimova, Rüfət Həsənov
Montaj: Rüfət Həsənov
Post production : Igor LOOPer Garanin: fb / soundcloud / instagram

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir