P.E.A.R.L. – 1 iyun

 P.E.A.R.L. – 1 iyun

P.E.A.R.L. – İspaniyalı DJ və musiqi prodüseri, Falling Ethics Records-un təsisçisi.

 

Onun elektornik musiqi ilə ilkin təması, irəliləyən dövrlərdə onun üçün ilham mənbəyi kimi əsas rol oynayan 90-cı illərin UK səslənməsi ilə başlamışdır.

 

Yeniyetmə dövrlərindən o, yaşadığı ərazidə (Santader, İspaniyanın şimalı) Birmingham-in sərt, Sheffield and Warp-ın isə IDM səslənməsindən təsirlənmiş klub mədəniyyətini kəşf etməyə başlayır.

 

2000-ci ildə P.E.A.R.L., Barselonaya köçür, daha aktiv yaradıcı fəaliyyətlə məşğul olmağa başlayaraq elektronik musiqi prodüsinqində təcrübələr edir. 2006-ci ildən 2013-cü ilə qədər o, Agony Forces qrupunda yer alır və çoxsaylı relizlərə imza atır.

 

2007-ci il onun fəaliyyətində ən əhəmiyyətli illərdən biridir. Məhz bu ildə o, Christian Wünsch-ün leyblı Tsunami Records-da ilk EP-sini işıq üzünə çıxarır. Daha sonra P.E.A.R.L., RHEA ləqəbi altında Semantica Records, Basqiam ləqəbi altında isə Detroit Underground leybllarında relizlər etmişdir.

 

2012-ci ildə o, Berlinə köçür, 2013-cü ildə isə öz leyblı Falling Ethics-i təsis edir. Dimi Angelis və The Transhumans kimi janrın nəhəngləri ilə əməkdaşlıq edib. 2017-ci ildə isə 10-cu vinil relizini etmişdir.

 

Fəaliyyəti dövründə P.E.A.R.L., öz musiqilərini Warm Up Recordings, 47, PoleGroup, Mord və Transhuman Records-da çıxarmış, bununla yanaşı Marcel Heese PMH layihəsi üzərində birgə işləmişdir.

 

2017-ci ildə o, fəaliyyətinin ən yüksək nailiyyətlərindən olan “Temptation Through Impatience” albomunu öz leyblı Falling Ethics-də işıq üzünə çıxarır və elə bu ildə PoleGroup ailəsinin bir üzvünə çevrilir.

 

LIVE artist, DJ və mükəmməl seçici olaraq P.E.A.R.L., öz səslənməsində aqressiv ritmlər, zərif, mental və eksperimental səsləri birləşdirir.

 

■ P.E.A.R.L.
https://soundcloud.com/p-e-a-r-l
https://www.residentadvisor.net/dj/p.e.a.r.l

 

■ GEORGE EFFE
https://soundcloud.com/george-effe
https://www.residentadvisor.net/dj/georgeeffe

 

■ ELJAN
https://soundcloud.com/eljan_a
https://www.residentadvisor.net/dj/eljan

 

Biletlər: 20 AZN (Yalnız qapıda)

 

Səs Sistemləri: TECHNOLOGY GROUP

 

Texniki dəstək: http://djstore.az

P.E.A.R.L.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir