varyox.az
JIVA – Cəmilə Həşimova
80-90-ci illərdə Azərbaycan pop-estradası müxtəlif ideyalarla, müğənnilərlə, komandalarla və prodüserlərlə zəngin idi. RAST-ın Avropa harmoniyası ilə milli musiqi ruhunu özündə birləşdirən mahnıları, Aygün Kazımovanın əsl Azərbaycan romantik pop musiqisi pop-estradamızın ən parlaq nümunələrindəndir. Lakin sonra nə isə baş verdi və Azərbaycanın pop mədəniyyəti onilliklər sürən durğunluq dönəminə qədəm qoydu. Getdikcə yaxşı və keyfiyyətli treklər azalmağa başladı. Təəssüf ki, bu süstlük prodüserlik, aranjeman, mahnı sözlərində də müşahidə olunurdu.
Var Yox