Mehliana – Taming the Dragon (2014)

 Mehliana – Taming the Dragon (2014)

Bred Meldau amerikalı caz pianist və bəstəkardır. Melodik improvizasiyanın ustası olan Bred Meldaunun əsərləri geniş təxəyyülü, zəngin duyğu spektrini özündə birləşdirir. O, nadir musiqiçilərdəndir ki, improvizələrində həmişə melodikliyə rast gəlinir, hətta hazırlıqsız “qeyri-caz” qulaq belə, çox böyük zövqlə o musiqiləri qəbul və həzm edir. Onun yaradıcılığına caz standartları, müəllif əsərləri, həmçinin “mövzuya dair improvizasiyalar” daxildir. Onun improvizə etdiyi işlər arasında Radiohead-in “Paranoid Android” və Massive Attack-ın hamı tərəfindən sevilən “Teardrop” treklərinə rast gəlmək olar. Meldau “alim” musiqiçidir və öz yaradıcılıq fəaliyyətində xeyli sayda məşhur musiqiçilərlə birgə ifa edib. Onlar arasında Coşua Redman, Pat Meteni, Ceff Ballard (sonralar Meldau onunla trio yaradır), Ueyn Şorter, Kurt Rozenvinkel kimi musiqiçilər var. Pat Meteni ilə birlikdə hətta iki albom yazırlar.

Bu siyahını daha da uzatmaq olar, lakin, biz diqqətimizi onun Mark Culiano ilə kollaborasiyasında cəmləşdirəcəyik. Mark caz səhnəsində nisbətən yeni fenomendir. Lakin onun temperamentli ifası artıq musiqi dünyasında səs gətirməyə nail olub. O, Beat Music komandasının lideridir, Dhafer Youssef, Avişay Koen, Matisyahu, Qretçen Parlato kimi adlı-sanlı musiqiçilərlə birgə layihələrdə iştirak edib. Bəzən “Now vs. Now”-dan olan yoldaşları ilə birlikdə də ifa edir. Mark həmçinin, Devid Bouinin “Black Star” albomunda dramer kimi çıxış edib .O, ekspressiv əsərlərin generatorudur. Nadinc, lakin brilyant texnikalı melodik dram maşını…

Və beləliklə Bred və Mark Mehliana adlı harmonik “ekstaza” qərq oldular. Nəticədə müasir elektron səslənmə ilə klassik improvizasiya və melodizmin inteqrasiyası ilə drayvın qarışığı meydana gəldi. Meldau ,əsasən, oldskul sintezatorlarda ifa edir, bu albomda seçimini Rhodes-dən (və ya Fender Rhodes) yana edir. Mark isə öz növbəsində, “kövrək” dəmir və Roland SPD-SX-in imkanlarından istifaddə edərək, yarı-akustik setdə ifa edir.

Bu albom dinləyicini yeni hisslər yaşamağa vadar edərək, onu müxtəlif emosional vəziyyətlərə sürükləyir. Mənəvi qida? – “Mehliana” albomu.

Sosial media: facebook / twitter / soundcloud

Həmçinin pleylistimizlə tanış olun:

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir