Vugarixx – True Fantasy

 Vugarixx – True Fantasy

Vugarixx: 2014-cü ildən Azərbaycanda fəaliyyət göstərən musiqi prodüseri, DJ, Lunatix leyblının yaradıcısı.

Uşaq vaxtlarından musiqiyə, əsasən hip-hop janrına böyük marağı olan Vugarixx 2014-cü ildə özünü elektron musiqi janrında prodüser və DJ kimi yoxlamaq qərarına gəlir. İlk vaxtlarda Azərbaycanın tarixi və etnik mədəniyyətini, həmçinin, köhnə filmlərimizdəki dialoqları öz yaratdığı elektron musiqilər ilə birləşdirərək insanların diqqətini cəlb edir.

2015-ci ilin sonunda daha çox instrumental musiqilərdən ibarət olan özünün ilk – “True Fantasy” adlı EP albomunu təqdim edir.
Daha sonra “Payız Gəldi” və “Yol” adlı mahnıları ilə daha böyük kütlə tərəfindən tanınan Vugarixx 2019-cü ildə Lunatix adında öz şəxsi leyblını yaradır.
Vugarixx, həmçinin, bir çox böyük proyektlərdə işləyib, bir neçə film musiqisi yazmışdır.
“Hər şey yoxa çıxır, musiqi isə yox, o, həmişə qalib gəlir. Qoy, musiqi hekayəmi söyləsin.”-deyə o bildirir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir