varyox.az
Ya Tosiba – Love Party (2017)
Hamıya tanış olan “meyxana” janrı maraqlı dəyişikliklər yaşayır. Və əgər Üzeyir öz bəstələrini şəxsən yığaraq, məhz həmin dəyişiklikləri intuitiv səviyyədə edirsə, Ya Tosiba bu janrı daha detallı gözdən keçirir və üzərində işləyir. Zuzu Zakaria adlı gözəl azərbaycanlı xanım ən azı türkdilli toplumda səs-küyə səbəb olub. Belə ki, onun meyxanaya marağı dinləyici olmaqdan o tərəfə keçir və Zuzu Zakaria Türk elmləri fakultəsinin magistr dərəcəsini almaq qərarına gəlir, bunun üçün meyxana haqda elmi işini müdafiə edir. Bunların hamısı Norveçin paytaxtı Osloda baş verir.
Var Yox