Aynalar kraliçası: Munir

60 ildən çox müddət ərzində Munir Şahrudi Fərmanfərmaiyan (1922 – 2019) İran mirasının mürəkkəb geometriyasını araşdırıb, önəmli fiqurları bir-biri ilə əlaqələndirməyin fəlsəfi, poetik və qavrayış imkanlarını araşdırmaq üçün ənənəvi sənətkarlıq texnikasını yenidən qurub.  Əsərlərində ciddi struktur və təkrarlama kəşflərin və limitsiz çeşidliliyin təməlidir.  Aynalı mozaika, heykəltəraşlıq, rəsmlər, tekstil və monotipləri əhatələyən geniş aspektli yaradıcılığında Munir miras aldığı keçmişindən olan elementləri öz dizaynlarına əlavə edib – klassik Fars interyer dekorasiyasından Qərb modernizminə qədər bir sıra kompozisiya təsirlərini bir araya gətirib.

Final Disco 2, 2018

Gips və taxta üzərində güzgü və tərs şüşə rəsm

24 x 24 sm

Munir yansıdan, əks boyalı şüşənin kəsilmiş çoxbucaqlı parçalarının İslam həndəsəsi prinsiplərinə əsaslanan kaleydoskopik kompozisiyalarda dizayn etdiyi güzgü işləri ilə tanınır. İkinci Dünya Müharibəsindən sonra Nyu-Yorkda oxuduğu və yaşadığı müddətdə Munir Qərbin modernist sənət səhnəsinin sosial quruluşuna keçid etdi. Orada Milton Avery, Alexander Calder, Joan Mitchell, Louise Nevelson, Frank Stella, Robert Morris və Andy Warhol kimi insanlarla əlaqələr yaratdı. 1957-ci ildə regional sənət və memarlıq ənənələri üzərində geniş araşdırmalara başlayaraq İrana qayıtdı. Bu müddət ərzində 16-cı əsr Səfəvilər dönəmi güzgülərini kiçik parçalara ayıraraq gips üzərində dekorativ formalarda işləyən Aina-kari ilə tanış oldu. İranın Şiraz şəhərindəki Şah Çeragh məscidinin güzgü mozaikalarından ilhamlanan, diqqətçəkən, müstəqil və divar üzərindəki heykəlləri 20-ci əsrin abstraktlığının konseptual təməllərdən bəhrələndiyi qədər Sufi memarlığının riyazi, cismani və mistik prinsiplərindən də yararlanır.

Monirin müqəddəs və ilahi təbiət nizamına, ibtidai formaların mistik qavrayışına əlaqəli olan vahid əsaslı parlaq şüşə kompozisiyaları sonsuz rekombinasiyanın əsası kimi vahidliyi, təkrarlanmanı və presedenti ortaya qoyur. Güzgü mozaikanın ənənəvi səth quruluşunu parçalayan və yenidən konstruksiya edən əsərlərinin hər biri İslam və Sufi dizaynında ədədi xüsusiyyətlərin simvolik mənaları olan mərkəzi çoxbucaqlılarla sabitlənir. Munirə görə, altıbucağın hər bucağı bir fəziləti ifadə edir: səxavət, özünütərbiyə, səbir, qətiyyət, anlayış və şəfqət. Hər bir əsərində istifadə olunan formaların fərqli xüsusiyyətləri daha böyük strukturda transsendent, qısamüddətli effekt yaratmağa xidmət edən, obyektin kənarlarına doğru uzanan xüsusi təkrar geometriyalardır. Onun metodları adətən minimalizmin mərkəzində yer alan, davamlılıq, modulluq və diaqramlıq kimi konseptləri önə çıxarır və bu, məsələn, bir struktur yaxınlığını ağıla gətirən, “çevriləbilən”, “ailələr” adlandırdığı seriyalar halında qruplaşdırılmış və ya bir çox fərqli quruluşa bölünə biləcək  heykəltəraşlıq elementlərində təzahür edir.

Geometrik Kub Heykəli, 2008

Güzgü, şüşə arxasında yağlı boya və üzvi-şüşə

60 x 60 x 60 sm

Lightning for Neda, 2009 – Güzgü mozaika, Gips və taxta üzərində güzgü və tərs şüşə rəsm

6 panel – 300 x 200 x 25sm (hər biri); 300x 1200 x 25sm (tam)

Bədən olaraq mövcudluq və mənəviyyatla İslami inteqrasiyanı bir araya gətirən əsərindəki müasir ideyaları ilə o, mücərrədliyi teoloji kökləri ilə yenidən birləşdirərək izləyicini bədənində möhtəşəm qavrama təcrübəsinə dəvət edir. “Yansımalarınızla siz də sənət əsərinin bir hissəsisiniz. Öz görünüşünüz, üzünüz, geyiminiz – hərəkət etsəniz, bunlar sənətin bir hissəsidir. Bağlantı sizsiniz: Bu, bəşərin, yansımanın və sənət əsərinin kombinasiyasıdır.” deyə Munir izah edir.

İnstalyasiya, Sugar Spin: You, me, art and everything, Queensland Müasir İncəsənət Qalereyası, Queensland, Avstraliya, 2016

1979-cu ildə baş verən İslam İnqilabı Munirin 26 illik Nyu-York sürgününün başlanğıcı oldu. Məsafə ilə xarakterizə olunan bu dövrdə sənətçinin davam edən rəsm təcrübəsi həyata tutunma və vətəninə bağlılıq hissini gücləndirməkdə getdikcə daha kritik rol oynadı. Genişçaplı heykəltəraşlığa davam etmək üçün studiyasından və digər məkanlardan qeyri-müəyyən şəkildə uzaqlaşaraq rəsm, kolaj, zərgərlik, xalça və kiçikçaplı heykəltəraşlıqda intensiv təcrübələr edərək mədəni yaddaşla bağlılığını möhkəmləndirdi. 1991-ci ildə həyat yoldaşının ölümündən sonra, hələ sürgündə olarkən ailə fotoşəkilləri və digər özəl anlarla dolu “Heartaches” (Ürək ağrıları) olaraq adlandırdığı yaddaş qutuları da yaratdı. Heykəltəraşlıq kolleksiyaları itirilmiş yurdlara və özəl xatirələrinin parçasını yaradan insanlara həsr olunub.

Adsız (Heykəl 2), 2008 – Ayna, Şüşə arxasında yağlı boya, taxta üzərində gips

73 x 73 x 50 sm

Onun əsərləri Alfond Müasir İncəsənət Kolleksiyası (ABŞ), Kornel Təsviri Sənətlər Muzeyi (ABŞ), Endi Uorhol Muzeyi (ABŞ), Barri İncəsənət Muzeyi (ABŞ), Qrand Rapidz İncəsənət Muzeyi (ABŞ), Quqenhaym Muzeyi (BƏƏ), Hirşhorn Muzeyi və Heykəl Bağı (ABŞ), Louis Vuitton Vəqfi (Fransa), M+ Muzeyi (Çin) , McNay İncəsənət Muzeyi (ABŞ), Metropolitan İncəsənət Muzeyi (ABŞ), Monir Muzeyi, Neqarestan Muzey Park Bağları (İran), Müasir İncəsənət Muzeyi (Yaponiya), Müasir İncəsənət Muzeyi (ABŞ), Təsviri Sənətlər Muzeyi (ABŞ, Boston), Təsviri Sənətlər Muzeyi (ABŞ, Hyuston), Müasir İncəsənət Muzeyi (İran, Thran), Niavaran Mədəniyyət Mərkəzi (İran, Tehran), Queensland Müasir İncəsənət Qalereyası (Avstraliy), Şarja İncəsənət Vəqfi (BƏƏ), Solomon R. Quqenhaym Muzeyi (ABŞ), Tate Modern (Birləşmiş Krallıq, London), Tehran Müasir İncəsənət Muzeyi, Toledo İncəsənət Muzeyi (ABŞ, Ohayo), Viktoriya və Albert Muzeyi (Birləşmiş Krallıq, London) də daxil olmaqla dünyanın ən böyük muzeylərinin daimi kolleksiyalarında saxlanılır.

Triangle Maze, 2014

Güzgü, Gips və taxta üzərində güzgü və tərs şüşə rəsm

120×120 sm

Rəssam Munir Şahrudi Fərmanfərmaiyanın 60 illik karyerasına həsr olunmuş Munir Muzeyi, 15 dekabr 2017-ci ildə Tehranda açılıb. Müəllif hüquqları: Munir Muzeyi

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir