Mədəni Niyyət 2015-ci ildə xeyriyyə platforması kimi mədəniyyət sahəsinin müxtəlif istiqamətlərində layihələr həyata keçirilmək məqsədilə təsis olunmuşdur. Platforma davam edən layihələrlə özünü cəmiyyətdən kənar hiss edən insanların cəmiyyətin mədəni həyatında aktiv iştirakını təmin edir.

Davam edən layihələr:

  • 1 nömrəli Respublika Psixiatriya Xəstəxanasında art-terapiya

Proqram çərçivəsində xəstəxananın pasientlərinə gənc rəssamlarla birgə bir sıra ustad dərsləri keçirilir. Nəticədə birgə ərsəyə gətirilmiş orijinal məhsullar xeyriyyə yarmarkalarında satışa çıxarılır. Qeyd edək ki, pasientlər arasında bir neçə rəssam da var.

(Maraqlı fakt: art-terapiya psixiatrik müalicə üçün aparıcı vasitələrdən biridir).

  • Qadın və Uşaq Sığınacağında art-terapiya

Rəssam Vüsal Rəhim ilə qadın və uşaq sığınacaqlarının birində,  məişət zorakılığının qurbanı olan uşaqlara art terapiya keçirilib. Layihə çərçivəsində uşaqlar rəssamla birgə kitab rəfi rəngləmişdirlər. Hal-hazırda həmin rəf  bölgələrdə yaşayan uşaqlar üçün azərbaycan və ingilis dillərində kitabların yığılması məqsədilə mərkəz restoranlarının birində qoyulmuşdur. (Layihə Global Shapers ilə birgə ərsəyə gəlib).

  • İnternat məktəblərində İncəsənət Kursları

İnternat məktəblərində müxtəlif incəsənət sahələrində çalışan mütəxəssislərin mühazirələri, ustad dərsləri təşkil olunur. Bu proqram çərçivəsində şagirdlər müəllimlərlə birgə muzeyləri ziyarət etmək şansı da əldə edirlər. Kurslar sayəsində şagirdlər dünya və Azərbaycan mədəniyyəti barədə biliklərə yiyələnir və bu, onların yaradıcı düşüncələrinə böyük təsir göstərir. Proqramı 6 mütəxəssis bir il müddətində həyata keçirəcək.

Mədəni Niyyət (Cultural Intent) as a charity platform founded in 2015, realizes its mission with its projects in various sides of culture. The platform ensures active involvement of people who feel dismissed from society into cultural life of society through its ongoing projects.

Ongoing projects:

  • Art Therapy in the Republican Psychiatric Hospital #1

This program provides patients of the hospital with workshops lead by young artists. All goods made by workshop participants together with the artists are presented to the charity markets. In fact, there are currently several artists among the patients of the hospital.

(Note: Art therapy is one of the leading tools for psychiatric treatment)

  • Art Therapy in Womens and Childrens Shelter

Art therapy with the artist Vusal Rahim for children, who were the victims of domestic violence. These kids have painted the bookcase in collaboration with the artist. The finished product is now displayed in one of the top city restaurants. The purpose of this project, besides raising the awareness of the program, is to collect books and any study materials for children from the suburbs (project is organised along with Global Shapers Community in Baku).

  • Art courses for children in orphanages

The program for children in orphanages includes lectures, workshops by various professionals of different types of art. Within this program kids get a chance to visit museums with their lecturers. These courses are giving children a broad understanding of art of the world and Azerbaijan, as well as having a great impact on their creative thinking. The program covers a period of one year with 6 specialists in art sphere.