Narkoloji dispanser üçün inventarlara ehtiyac var!

Narkoloji dispanserdə yaradacağımız otaqlar üçün inventarlara ehtiyacımız var!

 

“Mədəni Niyyət”, daha əvvəl təşkil etmiş olduğu 6 aylıq yoqa dərslərini indi daha da genişlətmək istəyir.

 

Bu layihə çərçivəsində Narkoloji dispanserdə asudə vaxtın daha səmərəli təşkilini həyata keçirmək üçün 3 otaq yaratmağı planlaşdırırıq. Burada yoqa və ingilis dili dərsləri, kitabxana, musiqi və kino otağı, eyni zamanda art terapiya təşkil ediləcək.

 

Bu layihəni reallaşdırmaq üçün sizin köməyinizə ehtiyacımız var. Belə ki, dispanserdə yaradılacaq şərait üçün komputer, proyektor, 5 pufik, kitablar, TV və musiqi mərkəzinə ehtiyacımız var.

 

İanələrin qəbulu üçün VarYox’un Şövkət Ələkbərova 25b ünvanında yerləşən ofisinə yaxınlaşa bilərsiniz. Eləcə də səhifənin mesaj bölümündən bizimlə əlaqə saxlaya bilərsiniz.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.