PHASE FATALE – 26 Aprel

 PHASE FATALE – 26 Aprel

Phase Fatale – Almaniyalı DJ və musiqi prodüseri, BITE leyblının həmtəsisçisi.

 

Onun trekləri Ostgut Ton, Hospital Productions, aufnahme + wiedergabe, 47 və Jealous God kimi nəhəng leybllarda işıq üzünə çıxır.

 

O, Berlində yerləşən Berghain və Tbilisinin KHIDI klubunun rezidentidir.

 

Son dörd ildə Nyu-York əsilli artist, öz musiqiləri ilə səs dizaynının dərin anlayışında texnoloji yenilikçi kimi tanınmışdır.

 

O, Perron, De School, Drugstore, H7 Warehouse, Fabric kimi klublardakı çıxışlarında öz dəsti-xətti ilə seçilmişdir.

 

Phase Fatale-ın musiqi zövqü qaranlıq, sərt və industrial əsaslı technodan ibarətdir. Onun tərzi post-punk və sənaye arasındakı əlaqələri yenidən quraraq yeni və zəngin bir səs ortalığa çıxarır.

 

Biletlər: Yalnız qapıda: 10 AZN

 

■ PHASE FATALE
https://soundcloud.com/phasefatale
https://www.residentadvisor.net/dj/phasefatale

 

■ GEORGE EFFE
https://soundcloud.com/george-effe
https://www.residentadvisor.net/dj/georgeeffe

 

■ IRSHAD HUSSEIN
https://soundcloud.com/irshadhussein
https://www.residentadvisor.net/dj/irshadhussein

 

■ ELJAN
https://soundcloud.com/eljan_am
https://www.residentadvisor.net/dj/eljan

PHASE FATALE

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir