SPEED FAIRY – Heretic Aesthetics

 SPEED FAIRY – Heretic Aesthetics

SPEED FAIRY – Bakıdan olan azərbaycanlı multidisipliner sənətkar Nəzrin Məmmədovanın layihəsidir.

 

‘heretic aesthetics’ xüsusi janr hüdudlarından kənara çıxan, təsadüfi səyahətlər və təsadüfi yerlər üçün ideal olan emosional, eyni zamanda introspektiv səslərin uğurlu harmoniyasına ithaf olunmuşdur.

SPEED FAIRY – is a project by Nazrin Mammadova, multidisciplinary artist based in Baku, Azerbaijan.

 

‘heretic aesthetics’  is dedicated to curating an emotional and introspective sound that’s free of specific genre boundaries and ideal for random travels between random spaces in an out your sonic sessions.

TREKLİST

 

  1. Inherroom – In conversation with mountains (live performance excerpt)
  2. Oli XL – Heretic
  3. Flatty – Ellusive Garden (feat. Dada Ques)
  4. Ayaz/Yalançı – Cangüdən
  5. Xao – Embryno
  6. J.G.Biberkopf- Age of Aquarius
  7. Minor Science – Naturally Spineless
  8. Cienfuegos – The Seventh Sister
  9. FIS – wise man
  10. Air Max’97 – Sleeveless
  11. Ontal – Disorientation
  12. Hodge – Bam
  13. Ziur-Deeform
  14. Aisha Devi – 1%
  15. Esa-Blast (ft. Pendo Zawose)

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir