PARAFFIN SERIES 01 w/ ABDULLA RASHIM – 28 iyun

 PARAFFIN SERIES 01 w/ ABDULLA RASHIM – 28 iyun

■ Anthony Linell a.k.a Abdulla Rashim – Stokholmlu musiqi prodüseri və DJ, Northern Electronics-in təsisçisi. Onun musiqi tərzi qaranlıq və dərin techno, drone, noise və eksperimental elektronika istiqamətindədir. Trekləri DEMENT3D, Concrete Music, Edit Select, Prologue, Semantica Records və öz leyblı olan Northern Electronics kimi fundamental leybllarda işıq üzü görür.

O, bir istiqamətdə işləmək əvəzinə elektronik musiqinin müxtəlif güşələrində təcrübələr etməyi sevir. Ən görkəmli layihələrindən biri Varg (Jonas Rönnberg) ilə olan Ulwhednar-dır. Abdulla Rashim, yaratdığı özünəməxsus fenomenal səslənmə ilə dünya elektronik musiqi tarixinə öz imzasını atmışdır. Abdulla Rashim, ikinci dəfə Bakıya, iN-ə gəlir.

■ Azim Fathi – İranlı elektronik musiqi prodüseri və LIVE artist.

Musiqi fəaliyyətinə 2008-ci ildə başlayıb. Onun musiqisi dub, elektronik və techno istiqamətindədir. O, «Paraffin Tehran»-ın təsisçisi və art-direktorudur. Paraffin, Tehranın və ümumilikdə İranın ən əhəmiyyətli və dəyərli elektronik musiqi institutlarından biridir. Azim Fathi, BASSIANI-dəki çıxışı ilə seçilmişdir. Azim Fathi, ikinci dəfə Bakıya, iN-ə gəlir.

■ ABDULLA RASHIM
https://soundcloud.com/anthonylinell
https://www.residentadvisor.net/dj/abdullarashim

■ AZIM FATHI
https://soundcloud.com/azim-fathi
https://www.residentadvisor.net/dj/azimfathi

■ GEORGE EFFE
https://soundcloud.com/george-effe
https://www.residentadvisor.net/dj/georgeeffe

Biletlər: 20 AZN (Yalnız qapıda)

Səs sistemləri: TECHNOLOGY GROUP

Texniki dəstək: http://djstore.az

ABDULLA RASHIM

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir