Leiras – 22 iyun

 Leiras – 22 iyun

LEIRAS – Almaniyalı DJ və musiqi prodüseri, Ownlife rekord leyblının təsisçisi. Berlində yaşayan artist, həmişə yeni musiqi formaları və klassik techno səslənməsində araşdırmalar edir. Əsasən 2014-cü ildə fərqli ləqəblər altında müxtəlif leybllarda etdiyi relizləri ilə öz adını techno səhnəsinə həkk etdirmişdir. Təsis etdiyi leybl Ownlife, technonun ruhi və hipnotik səslənməsi yönündədir.

Musiqiləri öz leyblı ilə yanaşı Fracture, Silex Device, Suburban Avenue, Olympian, AWRY kimi leybllarda işıq üzünə çıxır. Tresor, Berghain, Griessmuehle, KHIDI, RADION, ://about blank, Rote Sonne kimi klublarda çıxış etmiş Pfirter, DJ Pete a.k.a Substance, Sigha, Marco Shuttle, Rebekah, I Hate Models, Takaaki Itoh, Jonas Kopp, Re:Axis, Tham, BLNDR, Regis, Inigo Kennedy, Héctor Oaks, P.E.A.R.L., Amotik kimi artistlərlə eyni səhnəni paylaşmışdır.

■ LEIRAS
https://soundcloud.com/theownlife
https://www.residentadvisor.net/dj/leiras

■ IRSHAD HUSSEIN
https://soundcloud.com/irshadhussein
https://www.residentadvisor.net/dj/irshadhussein

 

Biletlər: 15 Azn (Yalnız qapıda)

Səs sistemləri: TECHNOLOGY GROUP

Texniki dəstək: http://djstore.az

Leiras

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir