KHIDI 中 G2: iN NIGHT

 KHIDI 中 G2: iN NIGHT

İlk dəfə Michael Wells, ikinci dəfə isə Unbalance-ın iştirakı ilə KHIDI-də tədbirlər təşkil edən iN klub, üçüncü iN gecəsi üçün G2-ə gəlir. Mədəniyyətin inkişafında böyük yol qət edən klub, bu dəfə üç rezident OTHR, George Effe və Irshad Hussein-in iştirakı ilə növbəti iN gecəsini təşkil edəcək.

 

Bu yaxınlarda iN Records fəaliyyətə başlamış və klubun rezidentləri OTHR, George Effe və Irshad Hussein-in treklərinin işıq üzünə çıxdığı, ümumilikdə 13 artistin yer aldığı ilk albom reliz edilmişdir.

 

■ OTHR
https://soundcloud.com/othrmsc
https://www.residentadvisor.net/dj/othr

 

■ GEORGE EFFE
https://soundcloud.com/george-effe
https://www.residentadvisor.net/dj/georgeeffe

 

■ IRSHAD HUSSEIN
https://soundcloud.com/irshadhussein
https://www.residentadvisor.net/dj/irshadhussein

KHIDI 中 G2: iN NIGHT

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir