Birgə və Sağlam İctimai Birliyi

 Birgə və Sağlam İctimai Birliyi

Gün ərzində ətrafınıza nə qədər fikir verirsiniz? Sizdən fərqli gəncləri, autizm sindromlu uşaqları görəndə nə hisslər keçirirsiniz? Küçədə görmək başqa şeydir, bəs onlardan biri oxuduğunuz universitetə gəlsə, sizinlə bir yerdə işləsə necə münasibət göstərərdiniz? Onların qüsurlu yox, sadəcə olaraq sizdən fərqli nəzər nöqtəsinin olduğunu bilirdiniz? ASTV Elnur Hüseynov və Vüsal Rəhimlə birlikdə Birgə və Sağlam İctimai Birliyi nəzdindəki reabilitasiya mərkəzini və Kashalata Kafeni ziyarət edib, art terapiyalarla məşğul olublar. Siz də ətrafınızın fərqinə varın!

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir