Fəxriyyə Məmmədova

 Fəxriyyə Məmmədova

20 ildən artıqdır ki, Azərbaycan incəsənətinin inkişafına mühüm töhfələr edən Fəxriyyə Məmmədova yaradıcılıq karyerasına Wings of Time (Zamanın qanadları) adlı sənət qrupunun bir hissəsi kimi və onların 2000-ci ildə həyata keçirdiyi gənc rəssamlar sərgisinə qatılmaqla başlayıb. Keramika və dizayn sahələri üzrə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsilə yiyələnmiş F.Məmmədova həm rəssam, həm də dizaynerdir. Bunu rəssamın ilhamlandırıcı konseptual foto-layihələrində və instalyasiyalarında aydın görmək olar. Fəxriyyə Məmmədova həçminin Yarat Müasir İncəsənət Məkanının ilk üzvlərindən biridir və bu qurumun Bakıda və ölkə sərhədləri xaricində fəaliyyətində mühüm rol oynayıb. Fəxriyyənin əl işləri geniş şəkildə Bakıda, həmçinin Türkiyədə, Fransada, Gürcüstanda, Polşada, Rusiyada, Yunanıstanda, Özbəkistanda, Almaniyada, İranda, İsveçrədə və Norveçdə sərgilənib. Öz rəsm layihələrindən əlavə o, müxtəlif foto-sərgilərin kurasiyasını öz üzərinə götürüb. Buna misal kimi 2005-ci ildə keçirilən ikinci Alüminium Beynəlxalq Müasir İncəsənət Festivalını göstərmək olar. Maraqlıdır ki, onun əl işlərinin nümayiş etdirildiyi bir çox festival və sərgilər diqqətini əsasən qadın sənətkarlara və ictimai məsələlərə yönəldir. Onun əl işləri 2012-2013-cü illərdə Avropa və Azərbaycanı gəzmiş məşhur Fly To Baku sərgisinə daxil edilir, 2013-cü ildə isə 55-ci Venesiya Bienalında Ornamentation sərgisində Azərbaycan pavilyonunda nümayiş etdirilir.

 

Venesiya Bienalında Fəxriyyə Məmmədova yumru taxta çərçivəli 75 fotodan ibarət Toy: “Qızlıq arzuları” (2013) adlı seriya təqdim edir. Burada yumru forma kameranın obyektivinin rolunu oynayaraq izləyicilərə şənliyi müxtəlif məsafələrdən və intim dərəcələrdən tamaşa etməyə imkan yaradırdı. İnstalyasiyanın sənədli stili, bütün seriya boyu nəzər nöqtəsini dəyişdirməklə, ənənəvi Azərbaycan toyunun müxtəlif səhnələrini əks etdirir. İnstalyasiya onun bir vizual rəvayətçi kimi istedadının bariz nümunəsidir: öz fəaliyyəti çərçivəsində Fəxriyyə adi anları, obyektləri və insanları işıqlandırmaq üçün kameranın linzasından istifadə edərək, həyatımızda baş verən hekayələri ustalıqla göstərir.

 

Görünüş baxımından rəssamın əl işləri rəng, tekstura, miqyas və materiallarla apardığı eksperimentallıqla fərqlənir. Fəxriyyə fotoqrafiyanı çəkdiyi subyektlərin çoxlu sayda konseptual ölçülərini araşdırmaq üçün bi vasitə kimi istifadə edir. 2015-ci ildə rəssam Bakıdakı Yay Qalereyasında Dua* adlı fərdi sərgi keçirir. Burada Fəxriyyə öz fotoqrafik əl işlərini obyektlər qismində təqdim edir – fərqli işlərdə iki fərqli təsvir, fotoqrafiyaların qarışması sayəsində yeni dərinlik və məna yaratmaq üçün, şəffaf kubların üzərinə həkk edilir. Fərqli bucaqlardan baxdıqda sənət əsərlərinin, işığın yarı-şəffaf materiya ilə təması nəticəsində perspektivi dəyişir. Şüa sındıran işıq növbə ilə təsvirin müxtəlif hisslərini boğur və ya işıqlandırır və bununla əsərin müxtəlif mənalar və təcrübələr kəsb etməsinə şərait yaradır. Məsələn, estakada və ya dəniz kənarı kimi yerlər müxtəlif bucaqlardan çəkilərək onlara müxtəlif rənglər əlavə edildikdə melanxoliya və emosiya təəssüratı bağışlayır.

 

Əsərlərdəki memarlıq detalları elə tərzdə təqdim olunur ki, nə vaxtsa o məkanlarda yaşamış insanlar nostalji hissinə bürünsün. Fotoqrafiyada insanlar peyda olduqda, onlar əlavə detal, zamanın donmuş kəsiyində bir an kimi təqdim olunur. Fəxriyyə Məmmədovanın təsvirləri dəyişən əhval-ruhiyyə ilə doludur, lakin insanlar arasında kiçik jestlər və ya quşların uçuşunun gözəlliyini və buna bənzər şeyləri təsvir edən gözlənilməz xoş anlardan da məhrum deyil. Sərgidə rəssamın təsvirləri obyekt kimi təqdim etmək seçimi ona fotolardakı subyektlərin çoxlaylı mürəkkəbliyini araşdırmağa imkan verir. Bu xətt hazırda da onun yaradıcılıq fəaliyyətində davam edir, çünki Fəxriyyə Məmmədova kamerasını ətrafında olan insanların həyatlarını və yerlərini həkk etmək üçün istifadə edir.

Fəxriyyə Məmmədova

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir