Ukraynadan açıqca

 Ukraynadan açıqca

Salam! Mənim adım Tamara Səfərovadır – 29 yaşında, Kiyev, Ukraynadan olan Azərbaycan əsilli illüstrator və komik rəssamam. Təəssüf ki, atamdan və vətənimdən uzun müddət ayrı qaldığıma görə 2021-ci ildə öyrənməyə başladığım qədər Azərbaycan dili biliyim o qədər də güclü deyil.

2022-ci ilin əvvəlində mənim də çoxlu yaradıcı planlarım var idi. Onlardan biri də Ukrayna şəhərlərinə yerli xüsusiyyətlərin və rənglərin eskizləri ilə bədii səyahətdir. Ancaq müharibə başladı. Rusiya qeyri-rəsmi və rəzil şəkildə mənim ölkəmi işğal etdi, dinc əhaliyə terror törədib, evlərimizi dağıdıb. Bir müddət hər şey mənim üçün mənasını itirdi. Yeganə fikir “sadəcə sağ qalmaq” idi. Sonralar çəkdim – ancaq ürəyimdəki ağrı və nifrətdən azad olmaq üçün. Nisbətən təhlükəsiz olduğum və bir az sağaldığım üçün layihələrimi necə canlandıra biləcəyimi düşündüm ki, faydalı olsunlar.

“Ukraynadan açıqcalar”ın üzərinə rus təcavüzündən zərər çəkmiş şəhər və kəndləri çəkəcəyəm. Onları “əvvəl” olduqları formada təsvir edəcəyəm. Artıq əbədi olaraq itirilən formada. Biz hər şeyi yenidən quracağıq, şəhərlərimizi yenidən həyat və çiçəklərlə dolduracağıq, lakin xarabalıqları və ölümləri bağışlamayacağıq. Satışdan əldə olunan gəliri belə bölüşdürmək istəyirəm: 50% – Dağıdılmış Əmlakın və İnfrastrukturun Bərpası Fonduna, 50% – həyatım üçün.

Açıqcalar ölkəmizin gözəlliyini, xüsusiyyətlərini vurğulayacağı üçün mənə tamaşaçı lazımdır, xüsusən də əcnəbilər. Əminəm ki, müharibədən və yenidənqurmadan sonra onların çoxu qəhrəman şəhərlərimizin küçələrində gəzmək istəyəcək. Bu işdə mənə kömək etməyə razı olduğunuz üçün çox sağ olun!

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir