#QızOxusun – Ssenari yarışması

 #QızOxusun – Ssenari yarışması

#qizoxusun həştəqli aksiyamız davam edir. Bu dəfə eyni mövzuda ssenari yarışması keçirməyə qərar verdik! Bu gündən etibarən martın 8-nə kimi sizdən qısametrajlı film və ya sosial çarx videosu (5 dəqiqəyə qədər) üçün ssenari gözləyirik. Sonda VarYox redaksiya heyəti tərəfindən seçilmiş bir ssenari əsasında film çəkilişi həyata keçiriləcək.

 

Mövzu – gənc qızlarımızın təhsildə qarşılaşdıqları (və ya qarşılaşa biləcəkləri) maneələr və problemlərdir. Janr baxımından heç bir şərt yoxdur!

 

Ssenarilər [email protected] ünvanına və sosial şəbəkələrdəki hesablarımıza göndərilə bilər.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir