Boiler Room təqdimatında Selector PRO 2019 Təlimi

British Council Selector PRO təlimləri üçün qeydiyyatı açıq elan edib! Bu haqda məlumatı VarYox-a “British Council”in İncəsənət üzrə Meneceri Dilarə İbrahimova verib.

 

Selector PRO həm peşəkarları, həm də geniş ictimaiyyəti müasir cəmiyyətin musiqi tendensiyaları, o cümlədən, Böyük Britaniyanın musiqi sənayesinin spesifik xüsusiyyətləri barədə maksimal dərəcədə məlumatlandırmaq məqsədi daşıyır. Tədbir “British Council”ın təşəbbüsü ilə hazırlanmış, Birləşmiş Krallığın ən yaxşı musiqi nümunələrini Azərbaycan auditoriyasına təqdim etmək məqsədi daşıyan radio-şounu və silsilə “Selector Live” əyləncə gecələrini özündə ehtiva edən “Selector” musiqi proqramının nəticəsi hesab edilir.

 

Selector PRO Britaniyada musiqi sənayesinin idarə olunması üzrə təcrübənin Azərbaycanlı peşəkarlarla paylaşılması, bununla da, onların mövcud bilik və bacarıqlarının artırılması məqsədi güdür. Selector PRO proqramının tərkib hissəsi kimi, musiqi tədbirlərinin menecerləri, festival prodüserləri və jurnalistlər üçün peşəkar inkişaf təlimləri, DJ məşğələləri və söhbətlər təşkil edilir. Bu fəaliyyətlərdə Britaniya musiqisinin yenilikləri ilə tanış olmaq məqsədi güdülür. Selector hazırda dabstep, folk, soul, elektro və s. janrlar üzrə eksklüziv canlı seansları, miksləri və bir çox görkəmli Britaniya musiqiçiləri ilə müsahibələri əhatə edir.

 

Boiler Room qlobal musiqi layihəsi komandası 4 mart saat 10.00-da, YARAT-da Onlayn Rəqəmsal Musiqinin Hazırlanması, Yayınlanması və Tanıtımı mövzusunda Selector PRO təlimini keçəcəklər. Selector PRO təlimi British Council, iN CLUB və YARAT Müasir İncəsənət Məkanının əməkdaşlığı ilə həyata keçirilir. Boiler Room bazarda 3-cü platformanın cəlb edilməsi hesabına öz auditoriyasının genişlənilməsinə dair təcrübəsini bölüşəcək. Seminarın iştirakçıları yerli problemlər haqqındakı məlumatları müzakirə edəcək və suallar verə biləcəklər.

 

Maraqlanan iştirakçılar qeydiyyat formasını dolduraraq İncəsənət üzrə Menecer Dilarə İbrahimovaya ([email protected]) göndərməlidirlər.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir