Yoldaş axtarırıq!

 Yoldaş axtarırıq!

“Baku Street Dog Rescue” Paris və Nyu-Yorka uçan dostlar axtarışındadır. Məqsəd Bakı küçələrindən xilas edilmiş sahibsiz it və pişiklərin öz yeni evlərinə qovuşmasıdır. Bunun üçün onların əlavə baqajınız kimi səyahət etməsi vacibdir. Proses çox sadədir və siz heç bir xərc çəkmirsiniz:

  • Uçuş tarixinizlə bağlı məlumatı ən qısa zamanda BSDR-a göndərin;
  • BSDR it və pişikləri sizin adınıza qeydiyyatdan keçirir – it və pişiklər əlavə baqaj kimi qeydiyyatdan keçirilir və bununla bağlı bütün xərclər bizim tərəfimizdən ödənilir;
  • BSDR könüllüləri sizi Bakı Heydər Əliyev adına Hava Limanında qarşılayır, qeydiyyatınıza kömək edir və itlərlə bağlı müvafiq xərcləri ödəyir;
  • İtlər hava limanı personalı tərəfindən təyyarəyə aparılır, dolayısı ilə siz itlə təmasda olmursunuz;
  • Parisə çatdıqda itlərin olduğu qəfəslə birgə gömrük xidmətinə yaxınlaşırsınız;
  • BSDR könüllüləri sizi Nyu York və ya Parisdə, hava limanında qarşılayır və itləri sizdən təhvil alır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir