Bir filmin cəmiyyətdə müəyyən cığır açması mümkündürmü? Zehni inqilab nədir? Gəlin bu dəfə bizim düşüncə qəliblərimizin sərhədlərini genişləndirən, dövrünün ecazkar filmlərindən danışaq.
Seksuallığı arxa planda saxlamaqla loyallıq əldə etmək mümkün deyil.
İranın dəb və gözəllik ilahəsi hesab edilən Ququş dövrünün çoxsaylı filmlərində çəkilmiş və şöhrətini bütün dünyaya yaymışdı. Lakin Şimali azərbaycanlıların ağıllarına həkk olan o film Ququşun bütün yaradıcılığına tay idi. Uzun gecə… Senzuraların beşiyi olan SSRİ-nin bu filmə necə tətbiq etmədiyi sualına çox cavab axtarsam da, tapa bilmədim. SSRİ mütəxəssisləri Ququşun Azərbaycandakı populyarlıqlarından xəbərdar idi, elə güman ki, ona görə filmə senzura tətbiq edilmədi. Məqsəd qeyri-milli “ünsürün” gözdən salınması idi.
Yeniliklərə qaçma yoxsa yeniliklərdən qaçma?
50 yaşlı başqa bir həmsöhbətim isə mövzunun tərs psixoloji effekt verdiyini dedi: “Biz hər nə qədər pis baxılsa belə, filmə getdik. Kinoteatrlar dolu olurdu. Heç hind filmlərində belə bu cür izdiham yaşanmırdı. Film izləndikdən sonra hamı qadın gözəllik salonlarında “Mənim saçım da o kinodakı Ququşun saçı kimi olsun” deyirdi”. Düzdü, o vurğulamadı ki, bu yolla qadınlar öz intim maraqlarını da inkişaf etdirirdilər, amma gözlərindəki o illərin dəb həyəcanı hələ öz aktuallığını itirməmişdi.
Bəs məqsəd nə idi?
İran şah dövrü film analitiklərindən olan digər həmsöhbətim həm Cənubi, həm də Şimali Azərbaycanda “Uzun gecə” filminin bu qədər təsirli olmasının filmdə saf eşqin və loyallığın təbliği ilə əlaqələndirir: “İnsanlar film vasitəsilə anladılar ki, seksuallığı arxa planda saxlamaqla loyallıq əldə etmək mümkün deyil. Bu birbaşa İran şah dövrünün “geri qalmış” xalq təbəqəsinə ötürmək istədiyi mesaj idi.”
Hiss etdim ki, onlar daha əvvəlki insanlar olmayacaq.
2019-cu ildə Azərbaycanın da daxil olduğu Cənubi Qafqazda ilk tammetrajlı LGBTQIA filmi ekranlaşdırıldı. Əslən gürcü rejissor Levan Akının İsveç –Gürcüstan ortaq istehsalı olaraq çəkdiyi bu dram filmi Sonra biz rəqs etdik tarixdə bir ilk idi. Avropa və Amerikanın 70-ci illər “hərəkatları” indi də buraya – Qafqaza qədəm qoymuşdu.
Gürcü xalqı iki cəbhədə
Bütün bizə tanış olmayan şeylərdən qorxduğumuz kimi, Gürcüstan da bu filmdən “qorxdu”. Günlərlə davam edən etirazlar filmin nümayiş günlərində belə səngimədi və gürcü xalqı iki cəbhəyə bölündü: filmi izləmək istəyən sənətsevərlər və onlara qarşı nifrət püskürən etirazçılar. Bir sıra toqquşmalar, o cümlədən xəsarət alanların fonunda belə film nümayiş edilir və kinoteatrların proqramına salınır.
Kinoteatrlar dünyaya yeni insanlar gətirir.
Növbəti illərdə filmin gürcülərə olan təsirini gürcü əsilli, hazırda Almaniyada yaşayan dostumdan maraqlandım. O, həmin hadisələri belə nəql etmişdi: “Filmin nümayişdə olduğu həftə dostlarımla birlikdə biz də izləməyə getdik. Etirazlar səngimişdi və nümayişin son günü idi. Salondan ayrılanda LGBTQIA fərdi olmayan dostlarıma nəzər yetirdim. Onlar gürcü mədəniyyətinin sevgi ilə harmoniyalanmış bu versiyasını bəyənmişdilər. Hiss etdim ki, onlar daha əvvəlki insanlar olmayacaq.”
Bəs domino daşı effekti Azərbaycana da sıçraya bildimi?
Biz dəyişikliyə hazırıq? Əslində indiyə qədər danışdığımız filmlər qonşularımızın bizə olan təsiri idi. Bu mövzuda həmyerlilər, film kritiklər yeganə sevindirici halın yeni rejissorlarımızın bu məsələlərdə öz təxəyyül və hislərinə güvənmələri olduğunu dilə gətirdilər.
Nəticədə nə oldu?
Böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu tip cəsur filmlər indiki halda birmənalı olaraq yoxdur. Təhminəsi xarici olan kinematoqrafiyamızın ilk LGBT+ filmi də “Arsız” olur. III,IV,V daha həqiqi seksual inqilabların labüdlüyü və filmlərin bu işdə rolu danılmaz faktdır. Son illərdə cəmiyyətdə baş verən proseslər bunu deməyə əsas verir ki, məlumatsızlıqdan daha böyük bəla yoxdur. Elə incəsənət də əsrlər boyu cəmiyyətin formalaşmasında və düzgün yönləndirilməsində əsas rol oynanıb. Görünən odur ki, bundan sonra da oynamağa davam etməlidir. Axı bütün “ayıb şeylər” filmlərdə olur…
Kənan Əfşar Eminli Gənc yazarlar qrant müsabiqəsinin qaliblərindən biridir. Tibb Universitetində təhsil alır. “Sadəcə et” layihəsində tibbi maarifləndirmə ilə məşğuldur.
1 Comment
Kitab çıxar alaq oxuyaq?