Sosial izolyasiya zamanı izləməli olduğunuz 7 film

 Sosial izolyasiya zamanı izləməli olduğunuz 7 film

“Melancholia” (Melanxoliya)

“Melanxoliya “ 2011 mübahisəli filmlərin rejissoru Lars von Trier tərəfindən yazılıb çəkilən elmi-fantastik, dram filmidir. Kirsten Danst (Kirsten Dunst), Şarlot Geinsburq (Charlotte Gainsbourg), Kifer Satrland (Kiefer Sutherland) kimi adları özündə cəmləşdirən filmin ilk yarısı izdihamlı, ənənəvi toy və ailə mənzərələri ilə müşayiət olunur. İkinci yarıda “Melanxoliya” planetinin dünyaya yaxınlaşması ilə personajların öz içlərində yaşadığı melanxoliya və onların psixologiyalarından bəhs edir. Xüsusilə filmin ilk yarısında “Dogma95” çəkiliş üslubundan istifadə edən Trier, tamaşaçılara saysız şüuraltı mesajlarla dolu, təsirli vizual ziyafət göstərir.

Kirsten Danst filmdəki roluna görə Kannda “Ən yaxşı aktrisa” mükafatına layiq görülüb.

“Children of Men” (Bəşər övladları)

18 ildir ki, dünyada heç bir uşaq doğulmayıb. Bəşəriyyət məhv olmağa doğru gedir və bütün dünyada anarxiya hökm sürür. Afrika kimi inkişaf etməmiş yerlərdə cəmiyyət tamamilə dağılsa da, geri qalan insanlar London kimi böyük şəhərlərə hücum edirlər. Dünyanın bu çıxılmaz vəziyyəti davam etərkən keçmiş aktivist Teo (Clive Owen) keçmiş həyat yoldaşının (Julianne Moore) köməyi ilə yenidən gizli, sülhməramlı bir təşkilata qoşulur. Ona verilən vəzifə, bütün bu illərdən sonra ilk dəfə hamilə qalan bir qadını (Clare-Hope Ashitey) təhlükəsiz şəkildə bu xaosun ortasında neytral bir təşkilatın gəmisinə gətirməkdir. Görəsən dünya üçün ümid var?

 

Alfonzo Kuaronun (Alfonso Cuarón) bu günə qədər ən yaxşı elmi fantastika filmlərindən biri olan filmində usta bir rejissor şousu təqdim edilir. Filmin ustad fotoqrafiya rejissoru Emmanuel Lubezkinin iki planı isə filmdən daha məşhurdur.

“4:44 Last Day on Earth” (4:44 Yer üzündəki son gün)

“4:44 Last Day on Earth” aşağı büdcəli amerikan-fransız apokaliptik və dram filmidir. Film Nyu York şəhərində dünyanın sonunu gözləyən iki nəfərin münasibətinə fokuslanır. Elm adamları və ilahiyyatçılar sabahsı gün səhər saat 4:44-də ölümcül günəş və kosmik radiasiyanın dünyanın qoruyucu ozon qatını məhv edəcəyinin və bununla birlikdə planetdəki bütün həyatın məhv olacağını təxmin edirlər. Film boyunca dünyanın sonunun necə olacağını düşünən müxtəlif müxbirlərin, şərhçilərin məşhurların klipləri də yer alır.

Cütlüyümüz Cisco (Willem Dafoe) müvəffəqiyyətli orta yaşlı bir aktyordur, son saatlarını qayğısına qaldığı qadınla keçirmək istəyir. Skye (Shanyn Leigh) isə gənc rəssamdır. Döşəmənin üstündə duyğularına çıxış olaraq xidmət edən son proyektinin üzərində işləyir şəhərin necə də sakitləşdiyinin fərqinə varıb, cinsi əlaqədə olmaq üçün xəbərləri seyr etməkdən uzaqlaşırlar və bundan sonra Skye rənglədiyi işi davam etdirir, əlavə etdiyi hər yeni boya təbəqəsi üçün paltarlarını dəyişir.

“Perfect Sense” (Möhtəşəm hiss)

2011 Sundance Film Festivalının premyerasında göstərilən David Makenzinin (David Mackenzie) rejissoru olduğu bu distopik dramın senarisi Kim Fupz Akeson tərəfindən yazmışdır. Qlazqo şəhərinin müxtəlif yerlərində lentə alınan film, gözəl bir restoranda baş aşpaz olan Maykl (Ewan McGregor) və epidemioloq olan Suzanın (Eva Green) harada, hansı şəraitdə və necə başladığı bilinməyən bir epidemiyanın ortasında, içinə düşdükləri eşq hekayəsindən bəhs edir.

“Blindness” (Korluq)

Portuqaliyalı yazar Jose Saramaqonun 1995-ci ildə yazdığı eyniadlı romanından uyğunlaşdırılan film Don Mikelar (Don McKellar) tərəfindən yazılıb və rejissoru Fernando Mirelisdir (Fernando Meirelles).

Adi bir gündə maşın sürən bir şəxs ani olaraq görmə qabiliyyətini itirir. Yoldan keçən bir vətəndaşın köməyi ilə evinə çatdırılanda hələ də heç nə görə bilmir. Görmə qabiliyyəti elə pozulur ki, sanki bütün parlaq işıqlar gözünə tutulur, sadəcə parlaqlıq görə bilir. Sonrakı günlərdə onlarla insan eyni vəziyyətdən əziyyət çəkir. Bu korluğun ortasında görən bir nəfər vəziyyəti dəyişdirə bilərmi? Filmdə rejissor korluq iddiasından mətnin dərinliyindən başqa, tamaşaçılara sanki bir təcrübə vermək istəyib.

12 Monkeys (On iki meymun)

“On iki meymun”, 1995-ci ildə Terri Gilliam tərəfindən çəkilib. Baş rollarda Bred Pitt (Brad Pitt), Brus Vilis (Bruce Willis) və Medalen Stov (Madeleine Stowe) rol alıb. Film “Kassandra Kompleksi”nə əsaslanır və gələcəyin görülməsinin mükafat yox, əzablı bir təcrübə ola biləcəyini təlqin edir. Ölümcül bir virus bütün dünyanı təhdid edir. 1996-cı ildə 5 milyard insanın ölümünə səbəb olan bu virusdan 2035-ci ildə dünya əhalisinin yalnız 1%-i qurtulub. Bu virusun təsirindən qorunmaq üçün insanlar koloniyalar quraraq yer altında yaşamağa başlayıblar. Virusun qarşısını almaq üçün Ceyms Koul zaman maşını ilə keçmişə göndərilir. Lakin səhvliklə 1990-cı ilə. Bundan sonra hadisələrin gedişatı dəyişir.

“Take Shelter” (Özünü qoru)

Cef Nikolzun (Jeff Nichols) rejissoru olduğu Cesika Çestein (Jessica Chastain),  Şia Viqham (Shea Whigham) və üstün performansı ilə Maykl Şenonun (Michael Shannon) rol aldığı psixoloji triller.

Kurtis, kabuslarında insanlığı təhdid edən şiddətli bir qasırğa ilə mübarizə aparır, bu kabuslar nəticədə Kurtisin ailəsində və iş həyatında ciddi problemlərə səbəb olur. İndi onun yeganə qayğısı ailəsini bu fəlakətdən qorumaq üçün sığınacaq tikməkdir. Ancaq o, bu şəkildə real həyatından uzaqlaşdıqca öz fəlakətinə bir addım daha yaxınlaşır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir