ADAMI Studio Tbilisi – Film montaj məşğələlərinə start verib

Dekabrın 5-də Tbilisidə ADAMI Studiyasında üç günlük film montajı ustad dərsləri başlayıb. VarYox-a ADAMI Studiodan daxil olan məlumatda belə deyilir. Ustad dərsləri Tbilisi Beynəlxalq Film Festivalı və Gürcüstan İctimai Televiziyası ilə ortaq olaraq, mədəni müxtəliflik, azlıqlar, miqrasiya və dinc birgəyaşayış mövzularında bədii və sənədli layihələr üçün təşkil edilir. Burada erməni, azərbaycanlı və gürcü film layihələri iştirak edir.

Əli-Səttar Quliyev və Elşad Rəhimov “Əlvida, Şmidt!” bədii filmi ilə, İlkin Mustafayev və Orxan Mustafayev isə “Ellenendorf” sənədli filmi ilə bu layihədə  iştirak edirlər.

Dünyaca məşhur Berlin film mərkəzinin redaktoru Patrisiya Rommel, Kiyevdən olan rejissor, prodüser və professor Vladimir Oseledçuk  və tanınmış gürcü rejissor Otar Şamatava bir neçə montaj studiyalarında artıq  iştirakçılarla montaj prosesinə start veriblər. Patrisiya Rommelin Amirani kinoteatrında açıq bir saatlıq ustad dərsləri proqramda yer alıb.

Gürcüstan İctimai Televiziyasının binasında baş tutan ustad dərslərinin açılışında qonaqları və jurnalistləri Almaniyanın Gürcüstandakı səfirinin müavini Maykl Fabri, GPB-nin Film şöbəsinin müdiri Kote Jandieri və Proqram Direktoru Stefan Tolz qarşılayıblar.

Şərqi Avropada mədəni müxtəlifliyin dəstəkçisi olan ADAMI Media Mükafatı haqqında: ADAMI Media Mükafatı, Avropa İttifaqı Şərq Tərəfdaşlığı ölkələrindəki rejissorları, jurnalistləri və audio-vizual media mütəxəssislərini mədəni müxtəliflik, azlıqlar, miqrasiya və dinc yanaşı yaşama mövzularını təbliğ etmək üçün yaradılıb. Mükafat müxtəlifliklə əlaqəli mövzularla məşğul olan görkəmli TV, film və onlayn layihələri mükafatlandırır. Mükafat verməkdən əlavə, ADAMI şəbəkə qurmaq üçün müxtəlif tədbirlər təşkil edir və Şərqi Avropa və Avropa İttifaqında media mütəxəssisləri arasında mübadilə yaradır.

[no_button style=”transparent” button_hover_animation=”fill_text_rotate_icon” icon_pack=”font_awesome” fa_icon=”fa-globe” target=”_blank” text=”Əlavə məlumat” link=”www.adamimediaprize.eu”]
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir