Aktyor Kamran Ağabalayevin “Ağacdələn” filmi işıq üzü görəcək. Bu barədə “VarYox”-a müəllif məlumat verib.
Teymur Məmmədovun fikrincə: “Ağacdələn insanların iç üzünü aşkara çıxarmağa çalışır. Hər kəslə onun anladığı dildə danışır, hər kəsin xarakterini öncədən analiz edir və istəklərinin qarşısında nələr vəd edəcəyini də gözəl bilir.”
Ekran işinə Kamran Ağabalayevlə yanaşı Vüsal Əhmədzadə quruluşçu rejissorluq edib. Quruluşçu operator isə Orxan Məmmədovdur. Film psixoloji-triller janrındadır. Filmdə baş rolları əməkdar artistlər Sənubər İsgəndərli, Qurban İsmayılov, aktyorlar Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Elcan Rəsulov, Elvin İbra, Zarina Qurbanova və filmin müəllifi Kamran Ağabalayev bölüşüb.
Uğurlar arzulayırıq!