Artıq yarım ildir ki, Bakının müstəqil incəsənət platforması Ta(r)dino 6 İçərişəhərdə Kiçik Qala 58 ünvanında yerləşən binasının fasadında çağdaş incəsənət nümayiş etdirir. Divarda İncəsənət layihəsinin üçüncü buraxılışı rəssam Nəzrin Məmmədovanın komissiyaya alınmış “Nəsli Kəsilməkdə olan Yerli Biomüxtəliflik” triptixidir. Rəsm əsəri Azərbaycanın yerli və nəsli kəsilməkdə olan bitkilərinə və çiçək zənginliyinə həsr edilib.
Nəzrin Məmmədova yaradıcılıq təcrübəsinin son bir neçə ilində çağdaş sənətkar kimi öz missiyasını, qarşısında duran etik və estetik vəzifələri araşdırır və əks etdirir. “Nəsli Kəsilməkdə olan Yerli Biomüxtəliflik” kontekstində sənətkar insanlarla ətraf mühit arasındakı əlaqəni yenidən nəzərdən keçirir. Layihə mövcud ekoloji böhrandan çıxış yolu kimi perma mədəniyyəti araşdıran daha geniş bədii tədqiqatın ilk mərhələsidir. Perma mədəniyyət insanlarla təbiət arasında iqtisadi və sosial münasibətlərin köklü transformasiyasıdır və o, landşaft və insanların harmonik inteqrasiyasını təklif edir. Nəzrin hesab edir ki, hər bir şüurlu insan Yer kürəsinin bərpası üçün fərdi məsuliyyət inkişaf etdirməlidir. Perma mədəniyyət ənənəvi formalardan fərdin bərpasına keçməyi, özünü inkişaf və dəyişiklik naminə cəmiyyət məsuliyyətini təklif edir. Nəzrinə görə, “Canlı dünya misilsiz və möhtəşəm bir möcüzədir: müxtəlifliyi ilə göz qamaşdıran bitki və heyvanlar bir-biri ilə öz aralarında ekoloji şəkildə öz mövcudluğunu qoruyub saxlayır. Biz bu mükəmməl şəkildə köklənmiş həyata dəstək maşınına tamamilə güvənirik. O isə rəvan dövr etməsi üçün biomüxtəlifliyə güvənir. Halbuki biz insanların yer üzündə yaşamaq tərzi bioloji müxtəlifliyi azalmağa təhrik edir, təbii dünya yavş-yavaş gözdən itir, dəlillər isə hər tərəfimizdədir.”
İçərişəhərdə public art layihəsindən əlavə, “Nəsli Kəsilməkdə olan Yerli Biomüxtəliflik” həmçinin kollajda əks olunmuş bitkilər haqda məlumat toplanmış veb səhifəyə malikdir. Bu məlumatı əsərin üzərində QR və https://tardino6.art/ açılış səhifəsi vasitəsilə əldə etmək olar.
Divarda İncəsənət “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə tərəfdaşlıqda təşkil olunub. Nəzrin Məmmədovanın ‘Nəsli Kəsilməkdə olan Yerli Biomüxtəliflik’ layihəsi Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan-Böyük Britaniya Məzunları Asossasiyası (AUKAA) tərəfindən dəstəklənir.
20 May 2021-ci il tarixində Birləşmiş Krallığın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart, Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Britaniya Konsulluğunun Azərbaycan üzrə direktoru Summer Xia Divarda İncəsənət layihəsini ziyarət ediblər. Əsər iyunun sonunadək nümayiş etdiriləcək.
Nəzrin Məmmədova
Kutaisidə dünyaya gələn Nəzrin Məmmədova Bakıda məskunlaşmış azərbaycanlı interdisiplinar sənətkardır. Rəssam vizual incəsənət, yeni media art və səs dizaynı daxil olmaqla müxtəlif təcrübələrə yiyələnir. Bu ona digər disiplinlər və bilik sistemləri ilə daha geniş disiplinlərarası sorğunu dialoqa cəlb etməyə imkan verir. Transformasiya praktikası ilə sənətə sadiq olan Nəzrin Məmmədova medianın dialektik istifadəsi yolu ilə sinxronizmləri birləşdirməyə çalışır. Yaradıcı istehsalı özünün müəyyən müstəvidə olması prosesi kimi görməklə və sonra bunu dərk etməklə Nəzrin öz qeyri-müəyyənlik və eksperimentalist təcrübəsini qidalandırır.
Nəzrin Məmmədova Delfina İncəsənət Fondu, London, Böyük Britaniya, KHOJ International, Qoa, Hindistan da daxil olmaqla, bir sıra beynəlxalq sənət rezidensiyalarında olub və əsərləri Rusiya, İordaniya Krallığı, İngiltərə, Böyük Britaniya və Azərbaycanda dövlət və özəl kolleksiyalar üçün toplanılıb.