Suad Qarayeva və amerikan rəssam, aktivist, həmçinin ekoloji düşüncə və incəsənətdə praktiki yanaşmanın pionerlərindən biri Peter Fend dialoqda!
Müzakirə Xəzər hövzəsi və onu qurumaqdan, Aral gölü kimi fəlakətlə üzləşməkdən necə xilas etmək barədədir. Peter Fendin alternativ enerji, biofərqliliyin qorunması, suyun davamlı idarə edilməsi, Xəzər hövzəsinə əsaslanan son araşdırması və Xəzəri necə qorumaq istiqamətində təklifləri var.
Zürih İncəsənət Universitetinin Təsviri Sənət Fakültəsi ilə əməkdaşlıq edən Migros Muzeyi für Gegenwartskunst, hal-hazırda “Potensial Dünyalar 2: Eko-Fiction” sərgisində əsərləri nümayiş olunan rəssamlarla görüşlər keçirir. İki hissəli sərgi seriyası – “Potensial Dünyalar” insanlarla təbiət arasındakı əlaqəni araşdırır. İkinci hissə – “Eco-Fictions”, potensial “yeni” dünyaların görüntülərini cızan və alternativ həyat tərzlərinin meydana gəlməsi üçün gələcəklə bağlı konkret yanaşmalara ehtiyacımız olduğunu nümayiş etdirən sənətkarların əsərlərini təqdim edir.
Peter Fend 1970-ci illərdən bəri ətraf mühitə uyğun enerji mənbələri və onların ədalətli paylanması ilə əlaqəli bədii tədqiqat layihələri və konsepsiyalar inkişaf etdirir. O, müzakirədə sərgidə nümayiş olunan layihələrindən və cəmiyyətdəki düşüncə dəyişikliyinə təkan verəcək incəsənət tutumu barədə danışacaq.
Onlayn görüşü 25 fevral Bakı vaxtı ilə 20:00-da Zoomda izləyə bilərsiniz.