Handicraft Baku “Last Call” sərgisini təşkil edir

 Handicraft Baku “Last Call” sərgisini təşkil edir
Sabah Handicraft Baku “Last Call” sərgisini təşkil edir. Bu barədə VarYoxa verilən məlumatda deyilir:
Yeni il üçün yaxınlarına hədiyyələr almağa vaxt tapmayan hər kəsə salam! Bu işdə sizə “Handicraft Baku” kömək olacaq. Bu münasibətlə sizi 28 dekabr 13:00-dan 21:00-dək Landmark III Rotunda Hall-da (Nizami küç. 90) keçiriləcək “Last call” sərgisinə dəvət edirik.
Əminik ki, bizim sərgimiz heç kəsi laqeyd qoymayacaq. Həmişə olduğu kimi sizi müxtəlif dekorasiya, aksesuarlar, rəsm və s. gözləyir. Xüsusi atmosferimiz bizi gözləyən tətil üçün yaxşı əhval-ruhiyyə bəxş edəcək. Eksklüziv hədiyyələrlə sevdiklərinizi məmnun etməkdən əlavə onların yaranma tarixini öyrənə bilərsiniz. Bu, alış-verişinizə xüsusi bir istilik qatacaq. Rəssamlarımızın mini sərgisində isə eksklüziv əsərlər əldə edə, fərdi miniatürlər sifariş edə biləcəksiniz. Balaca qonaqlarımız isə sizlər üçün sürprizlər hazırlaya biləcəkləri ustad dərslərinə qatılacaq.
Əlbəttə, hörmətli musiqi həvəskarlarını da unutmamışıq. Bundan əlavə, dadlı yeməklər, içkilər və xoş musiqi Yeni il gecəmizi tamamlayacaq. “Handicraft Baku”nun sərgisini sonsuz olaraq təsvir etmək olar, ancaq yüz dəfə oxumaqdansa bir dəfə görmək daha yaxşıdır! Biz və iştirakçılarımız bizim üçün həqiqətən ailə üzvünə çevrilən daimi qonaqlarımızdan çox məmnunuq. Tanımadığımızların hamısını isə mehriban ailəmiz “Handicraft Baku”da gözləyirik!

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir