IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı başlayır

Pandemiyadan öncə getdiyiniz festivallar, kinoteatrda baxdığınız filmlər üçün darıxmısınız? Elə isə sizə şad xəbərimiz var! IV ANİMAFİLM Beynəlxalq Animasiya Festivalı 3-7 sentyabr 2021-ci il tarixində canlı (offline) formada Bakıda keçiriləcək. Festival beş gün ərzində uşaqlar və böyüklər üçün çəkilmiş onlarla yerli və xarici animasiya filmlərini təqdim edəcək! Builki festivalın mövzusu “ƏLİLLİK” olacaq.

Proqrama nələr daxildir?

ANİMAFİLM Festivalı boyunca siz həyəcanlı bir müsabiqəyə şahidlik edəcəksiniz. 40 müxtəlif ölkədən 134 əsərin daxil olduğu müsabiqədə iştirakçılar 12 yerli və xarici müsabiqə kateqoriyalar üzrə mükafatlar uğrunda yarışacaqlar.

Həmçinin festivalın müsabiqədənkənar və peşəkar proqramları da bu il çox zəngindir: Fransa, Polşa, Özbəkistan filmləri, animasiya vorkşopları və daha nələr-nələr!

Vacib qeydlər:

  • Festivalın tədbirlərinə giriş ödənişlidir. Biletləri burada əldən edə bilərsiniz: LİNK.
  • Bilet satışından əldə olunan gəlir fiziki məhdudiyyətli uşaqların ehtiyacları üçün sərf ediləcək.
  • Yerlər məhduddur! Biletləri indidən almağı sizdən xahiş edirik.
  • Festivalın Facebook event-inə qoşulmağa dəvət edirik.
  • Əlilliyi olan şəxslərin Festivalda iştirakı üçün ödənişsiz nəqliyyat təmin ediləcəkdir. Öncədən qeydiyyat vacibdir: LİNK
  • Tədbirdə iştirak Azərbaycan Respublikası Nazirlər Kabinxüsusilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, Azərbaycan Kinematoqrafçılar İttifaqınaeti yanında Operativ Qərargahın qərarları əsasında tənzimlənəcəkdir.

Tədbirlərin dili:

  • Müsabiqə proramının bütün filmləri orijinal dilində ingiliscə alt yazı ilə nümayiş etdiriləcək. Həmçinin, bəzi xarici filmlər azərbaycanca alt yazı ilə nümayiş etdiriləcək.
  • Açılış və bağlanış mərasimləri Azərbaycan və İngilis dilində, işarə dili müşayiəti ilə keçiriləcək.

Festival 3 məkanda baş tutacaq:

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir