VarYox yerli incəsənət nümayəndələri tərəfindən 2018-ci ildə Azərbaycanın ilk ikidilli (Azərbaycan və İngilis dilləri) incəsənət və mədəniyyət platforması olaraq yaradılıb. Məqsədimiz Azərbaycanlı incəsənət və mədəniyyət nümayəndələrinin əsərlərini həm yerli həm beynəlxalq arenalarda nümayiş etdirmək, incəsənət və mədəniyyət sahəsindəki innovasiyaları sosial və incəsənət aktivizmini birləşdirərək arxivləşdirməkdir. Bizi birləşdirən ortaq dəyərin – mədəniyyət olduğunu cəmiyyətə çatdırmaq əsas öhdəliklərimizdən biridir.
Mədəniyyət və incəsənətin sosial dəyişiklik üçün katalizator rolunu oynaması
Fərqlilik və inkluzivlik
Şəffaflıq
Əməkdaşlığın şəxsi maraqlardan üstünlüyü
İnnovasiya və yaradıcılıq
Hazırkı qaydalar (“Qaydalar”) “VarYox” MMC (“VarYox“ və yaxud “Təşkilat”) tərəfindən müəyyən edilmiş cinsi istismar və təcavüzdən qorunmaya dair əsas stategiya və əhəmiyyətli prosedurları əhatə edir.
Bu Qaydalarda istifadə olunan anlayışlar:
Cinsi istismar – cinsi məqsədlər üçün həssaslıq, güc və ya etibarlılıq mövqeyindən sui-istifadə cəhdi, o cümlədən, hədələmə və ya pul, sosial və siyasi cəhətdən mənfəət əldə etmə.
Cinsi zorakılıq – hədə-qorxu, zorakılıq, qeyri-bərabər və ya məcburi şərtlər altında, cinsi xarakterli faktiki və ya təhlükəli fiziki müdaxilə.
Seksual qısnama – əmək və ya xidmət münasibətlərində olan şəxsi alçaldan və təhqir edən, başqa cinsə və ya seksual yönümə mənsubiyyətdən irəli gələn və fiziki hərəkətlərdə (toxunma, əllə vurma), ədəbsiz sözlərdə, jestlərdə, hədələrdə, ləkələyici təkliflərdə və ya dəvətlərdə təzahür edən əxlaqsız davranış.
Ümumi müddəalar “VarYox” cinsi istismar, cinsi zorakılıq, seksual qısnama və təcavüzə qarşı tolerant davranmır. Təşkilat işçilərin, iş ortaqların, tərəfdaşların və ya işin icrası ilə əlaqəli hər hansı digər nümayəndələrin cinsi istismar və ya təcavüzə məruz qalmasına laqeyd yanaşmır. Müdafiəsiz şəxslər, qadınlar və uşaqlar xüsusilə cinsi istismar və təcavüzə məruz qalma riski altındadırlar. “VarYox” çalışdığı bütün icmaları hər zaman cinsi istismar və təcavüzdən müdafiə etməyə qərarlıdır. İcmaya kimlərin daxil olduğu barədə ümumi məlumat əldə etmək üçün anlayışlarla tanış olmaq tövsiyyə olunur.
Hazırkı Qaydaların əsas məqsədi cinsi ismar və təcavüzdən qorunmaya dair strategiya, mənbələr və zəruri prosedurların əhəmiyyətini müəyyən etməkdir. Bu Qaydalar Təşkilatın işçilərinin, ortaqlarının və tərəfdaşlarının Təşkilat çalışdığı bütün icmaların və maraqlı tərəflərin hər hansı cinsi istismar və ya təcavüzdən qorunmalarına dair öhdəliklərindən xəbərdar olmalarını təmin edir. Qaydalar qadağan edilmiş davranışlarla bağlı anlayışları və məsuliyyətləri aydınlaşdırır, müvafiq prosedurlar isə hesabat və araşdırma proseslərini əks etdirir.
Məsuliyyət haqqında bəyanat
Qaydalarla və daxili prosedurlarla müəyyən edilmiş məsuliyyət anlayışı aşağıdakıları ehtiva edir:
Təşkilatın öhdəlikləri
“VarYox” bütün insanların həyatlarını cinsi istismar, cinsi zorakılıq, seksual qısnama və təcavüzdən azad şəkildə yaşamaq hüququna sahib olduğuna inanır və işçilərinin, iş ortaqlarının və ya tərəfdaşlarının icmaları və maraqlı tərəfləri risk altında qoyan hər hansı davranışlarına tolerantlıq göstərmir.
Bu məqsədlə “VarYox” aşağıda göstərilən vəzifələri yerinə yetirir:
İşçilər, iş ortaqları və tərəfdaşların məsuliyyəti
Təşkilatın işçiləri, iş ortaqları və tərəfdaşlarının aşağıda göstərilən vəzifələri vardır:
Təşkilatın işçiləri, iş ortaqları və tərəfdaşları, hazırkı Qaydaların hər hansı bir müddəasını pozduqları təqdirdə, Azərbaycan Respublikasının müvafiq qanunvericliyi ilə müəyyən edilmiş qaydada və həddə məsuliyyətə cəlb oluna və rəhbərlik tərəfindən tutduğu vəzifədən azad oluna bilərlər.
Müdafiə komitəsi
Narahatlıq və şikayətlər olduğu təqdirdə, onların hərtərəfli araşdırılmasını həyata keçirmək və zəruri hallarda intizam və digər qanuni tədbirlərin görülməsini təmin etmək məqsədi ilə Təşkilat təcili sürətdə Cinsi istismar və təcavüzdən qorunmaya dair müdafiə komitəsinin (“Müdafiə komitəsi”) yaradılmasını təmin edir.
Təşkilatın Müdafiə komitəsi 5 üzvdən ibarətdir:
Müdafiə komitəsində təmsilçiliyin gender bərabərliyi üzərində qurulması təmin olunmalıdır. Müdafiə komitəsi cinsi istismar, cinsi zorakılıq, seksual qısnama, təcavüz və zəruri müdafiə ilə bağlı işçiləri məlumatlandırmaq, narahatlıq və şikayətləri dinləmək, onları araşdırmaq və digər müvafiq tədbirləri həyata keçirmək öhdəliyini öz üzərinə götürür.
Müdafiə komitəsinin bütün mühafizə qaydaları ilə bağlı, eləcə də hesabat və araşdırma prosesi üzrə rəhbərlik tərəfindən təlim alacaq və müvafiq qanunvericilik qaydaları ilə öncədən tanış olacaqlar. Müdafiə Komitəsinə ilk psixoloji yardımın göstərilməsi üzrə ixtisaslaşdırılmış hazırlıq da veriləcəkdir ki, onlar lazım gəldikdə müvafiq dəstək göstərə bilsinlər.
Müdafiə komitəsi narahatlıq və şikayətləri tam və hərtərəfli araşdırdıqdan sonra təqsirli bilinən şəxslərdən zərər çəkmiş şəxsə müvafiq təzminat ödəməyi tələb edəcək, dərhal işdən azad edəcək və qanunvericiliklə müəyyən edilmiş digər məsuliyyət tədbirlərinə cəlb edəcək.
Şikayətin məxfiliyi
Təşkilata daxil olan şikayətə dair araşdırmanın bütövlüyünü qorumaq və utanc, ayrı-seçkilik, təqib və intiqamın qarşısını almaq məqsədi ilə cinsi istismar və sui-istifadə iddialarının məxfiliyini qoruyacaq. Araşdırma zamanı hər hansı bir işçi tərəfindən əldə edilən məxfi məlumatlar Azərbaycan Respublikasının qanunvericilyində nəzərdə tutulmuş hallar istisna olmaqla, digər şəxslərə açıqlanmır. Şəxslərin təqdim etdikləri məlumatların məxfiliyi ilə bağlı narahatlıqları, onlar tərəfindən verilən məlumatlar mümkün qədər həssaslıqla yanaşılacaq və məlumatlar lüzumsuz olaraq başqalarına açıqlanmayacaq.
Bununla belə, “VarYox” tam məxfiliyə zəmanət verə bilməz, çünki Təşkilat iddia edilən cinsi istismar, cinsi zorakılıq, seksual qısnama, sui-istifadə, təcavüz və digər qanun pozuntusu törədən şəxsə və potensial şahidlərə müəyyən məlumatları açıqlamadan effektiv araşdırma apara bilməz. “VarYox” cinsi istismar, sui-istifadə və təcavüz iddiaları haqqında məlumatları yalnız bu barədə bilməsi lazım olan şəxlərlə bölüşəcək. Cinsi istismar, cinsi zorakılıq, seksual qısnama, sui-istifadə və təcavüz şikayətləri ilə bağlı qeydlər də eyni əsasda məxfi saxlanılacaq.