Siz nikbinsiniz, yoxsa bədbin? Bəlkə realistsiniz? Sizin nəhəng ailəniz, öhdəlikləriniz, çoxlu ayda “qəribə” dostlarınız və bununla birgə müşahidə etmək üçün vaxtınız var? Mən şəxsən, həmişə şən şey haqda olmasa da, yazıb oxuyan, lakin bunu şən tərzdə edən belə bir insanla tanışam. Bu insanın adı Orxan Musayevdir. Bu insan yetərli qədər “yetkin” yaşında aşıq-pank janrını yaratmağı qərara alır. DədəBaba-nın uşaqları öz musiqilərini belə çağırırlar.
DədəBaba – milli melodikanın qatqısı ilə hamıya anlaşılan olan pank, ska, sörf, roknroll ünsürləri ilə zənginləşdirilmiş adi sıravi vətəndaşın “məişət” haqda satirik hekayələridir.
– Hər gecə saat 00:00-da qənaət məqsədi ilə işığın söndürülməsinə əsəbləşirsən?
– Əsəbləşmə, DədəBaba-lılar ki əsəbləşmirlər.
– Supermarketdə növbənin insanlardan ibarət cəhənnəm xəmirinə bənzədiyinə əsəbləşirsən?
– Əsəbləşmə, DədəBaba-lılar ki əsəbləşmirlər.
– Qohumların xəbər vermədən gəlmələrinə və gələrkən bir cüt xalauşaqlarını gətirdiklərindən təəsüflənirsən?
– Əsəbləşmə, DədəBaba-lılar ki əsəbləşmirlər.
Bir sözlə, əgər dəyişmək iqtidarında olmadığın şeylərə çoxlu əsəb itirirsənsə, nəyisə dəyişmək vaxtının gəldiyini hiss edirsənsə, bu qrupunsözlərinə qulaq ver. Sizi “içəridən yeyən” şeylərə qarşı münasibət dəyişdikdə, həyat da dərhal dəyişməyə başlayır.
Komandanın rəsmi startı 2015-ci ilə təsadüf edir. O vaxtdan bu yana uşaqlar Azərbaycan gəncliyinin dilindən düşməyən çoxlu sayda treklər yazıblar. DədəBaba-nın “Dağların başı” treki isə Rüfət Həsənovun “#yoxdubeləsöhbət” filminin saundtreklərindən biri oldu. Həmçinin bu sayədə qrupun “Molotov kotleti” mahnısının rəsmi klipi yarandı.
Həcmli addımlayan bas partiyaları, ekspressiv drayv biti, “ətli” riflər və melodik sololar. Hər şeydən öncə isə sonlarında vibratto olan zümzüməli oynaq “həyasız” vokal. Digər sevindirici fakt isə komandada üç nəfərin olmasıdır. Qrupun lideri Orxan basda ifa edir və oxuyur. Zərb alətləri arxasında sakit durmayan Əli oturur, “mövzuya uyan” Laçın adlı gənc isə gitarada ifa edir. Hər bir böyük şəhərə hekayə nəql edənlər lazımdır. Natiqlər drayvlı olduğu təqdirdə, dəyərləri ölçülməz olur.
ONLARI İZLƏYİN:
facebook / instagram / soundcloud
Məqalənin rus dilində versiyası