Sindi Şerman

“Öz üzümü yaxşı istifadə edərək mən…Personajın fotosunu görüb üzümün köməyi ilə onu kopyalamağa cəhd edə bilərəm. Düşünürəm ki, həqiqətən çox diqqətliyəm: küçədə insanları gördükdə, onları olduqları kimi edən detallara diqqət yetirməyi xoşlayıram”.

Sindi Şerman, 2011-ci ilin yanvarın 15-dəki The Guardian-a verdiyi müsahibədən.

Sindi Şerman (ing. Cindy Sherman, 1954) – müasir amerikan fotoqraf və rejissor, 1995-ci il Mak-Artur təqaüdünün laureatı.

Sindi Şerman 1954-cü ilin yanvarın 19-u Qlen Ricdə (ABŞ) doğulub. O, doğulduqdan sonra ailəsi Hantiqton qəsəbəsinə (Nyu-York ştatı) köçür. Onun atası Grumman Corporation adlı aviatikinti şirkətində mühəndis, anası isə inkişafda gecikməsi olan uşaqlara oxumağı öyrədən müəllim idi. Sindi evin 5-ci, ən kiçik uşağı idi.

Sindi Şermanın ailəsinin varlı olmadığına görə, o təhsilini fərdi universitetdə yox, Buffalo şəhərinin bələdiyyə kollecinin təsviri incəsənət fakültəsində davam etməli olub. Məhz burada Sindi, gələcəkdə məşhur rəssam olacaq, Robert Lonqo ilə tanış olur. 1979 ilədək Lonqo Sindi Şermanın sevgilisi olur.

1977-80-ci illərdə Sindi Şerman “Adsız filmlərdən kadrlar” fotoseriyasının üzərində işləyirdi. Bu seriyadakı əl işləri 60-70-ci illər amerikan kinematoqrafı ruhunda hazırlanmışdı. Bütün kadrlarda model kimi Sindinin özü çıxış edirdi. Bundan əlavə, əksər fotoların təsadüfi olaraq filmdən çəkilmiş kadra bənzəməsinə baxmayaraq, onların hamısı səhnələşdirilib.

 

Sindi Şermanın fotoqrafiyaları ilə bağlı tez-tez “konseptual portret” terminini işlədirlər. Əslində adətən Şermanın əl işlərinin fotoportretdən ibarət olmasına baxmayaraq, onların hərəsinin əsasında hansısa bir ideya durur (fotoqrafiyaların hamısı səhnələşdirilib və hər şəkil öncədən düşünülüb).

1997-ci ildə “Office Killer” filmini çəkərək Sindi Şerman tammetrajlı filmdə rejissor kimi debüt edir. Yeri gəlmişkən, film ictimaiyyət və tənqidçilər tərəfindən müsbət qarşılanmır. 2007-ci ildən bu yana müxtəlif auksionlarda Sindi Şermanın əl işləri ilə bağlı böyük maraq müşahidə edilir (fərqli-fərqli şəkillərinin qiyməti 1 milyon dollardan yuxarıdır).

ArtReview jurnalının “2011-incəsənət dünyasında ən görkəmli 100 şəxs” adlı reytinqində Sindi Şerman 7-ci yerin sahibi olur.

Sindi Şerman
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir