Reza Deghatinin obyektivindən Qarabağ müharibəsi

 Reza Deghatinin obyektivindən Qarabağ müharibəsi

Azərbaycan əsilli tanınmış fotojurnalist Rza Diqqəti karyerasına memarlıq təhsili ilə başlayıb. Son 30 ildə bir çox media qurumları, xüsusilə National Geographic ilə birgə işləyərək yaradıcılığına davam edir. Dünyanın yüzdən çox ölkəsində baş verən fəlakətlərə, müharibələrə şahidlik edərək onları öz obyektivindən təqdim edir. Onun əsərləri National Geographic, Time Magazine, Stern, Newsweek, El País, Paris Match kimi beynəlxalq jurnallarla yanaşı, bir çox kitab, sərgi və sənədli filmlərdə də yer alır.

Fotoqrafiya fəaliyyəti ilə yanaşı, Rza 1983-cü ildən bəri müharibə şəraitində yaşayan cəmiyyətlərdən olan gənclərə və qadınlara öz peşəsini könüllü olaraq öyrədir. 2001-ci ildə o, Əfqanıstanda təhsil və medianın inkişafı yolu ilə ictimaiyyətə məlumat və kommunikasiya sahəsində təhsil verən yeni nəsil qeyri-hökumət təşkilatı Ainaworld-u təsis etdi. Rza beynəlxalq media qurumları  üçün reportajlar hazırlayarkən özünün yaratdığı Reza Vizual Akademiyası vasitəsilə fotoqrafiya ilə bağlı seminarlar keçirmyə davam edir. O, həmçinin Avropada və dünyanın müxtəlif böyükmiqyaslı şəhərlərində qaçqınlar və gənclərlə işləyir.

1988-ci ildə  Louvre Carrousel-də nümayiş etdirilən Memories of Exile əsərinin ardından o, bir sıra monumental instalyasiyalar vasitəsilə öz humanist yanaşmasını təqdim etdi. Fotoqrafın Crossing Destinies, One World, One Tribe, War+Peace, Hope, Windows of the Soul, Soul of Coffee, layihələri ilə yanaşı, Land of Tolerance, The Elegance of Fire kimi bir çox instalyasiyaları da Fransa, Böyük Britaniya, Qətər, Amerika və digər ölkələrin məşhur qurumlarında, 250-dən çox  fotoqrafiya sərgilərində nümayiş edilib. 2015-ci ilin yayında Sena çayı sahillərində nümayiş olunan A Dream of Humanity adlı böyük panorama dünyadan olan qaçqınların portretlərini və Rza Vizual Akademiyasının təşkil etdiyi seminarlarda təlimlər almış İraq Kürdüstanından olan qaçqın uşaqların – “düşərgə müxbirləri”nin çəkdiyi fotolar təqdim edirdi.

Otuz kitabın müəllifi olan və karyerası boyunca bir çox nüfuzlu mükafatlara layiq görülən Rza Diqqəti 2013-cü ildən bəri National Geographic Society-nin araşdırmaçısı və Aşoka Fondunun baş üzvüdür. Onun əsərləri məşhur World Press Photo agentliyi tərəfindən tanınır. Fotojurnalist həmçinin Beynəlxalq Fotoqrafiya Mərkəzinin təqdim etdiyi “Infinity”” mükafatı, “Lucy” mükafatı və Missouri Universitetinin təqdim etdiyi fəxri medalın laureatıdır.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir