Şuşa kafedralındakı dağıntının vizual təhlili
Təsvirdə iddia olunan raket zərbəsindən sonra divardakı müqəddəslərinin təsvirləri olduğu kimi qalır, hətta üzərlərində heç bir zərbə və toz yoxdur.
Təsvirdə iddia olunan raket zərbəsindən sonra divardakı müqəddəslərinin rəsmləri olduğu kimi qalır, hətta böyük çilçıraq da olduğu kimi qalıb.
Təsvirdə iddia olunan raket zərbəsindən sonra divardakı müqəddəslərinin təsvirləri olduğu kimi qalır, hətta arxadakı vitraj pəncərə də yerindədir.
Təsvirdə iddia olunan raket zərbəsindən sonra divardakı müqəddəslərinin təsvirləri olduğu kimi qalır, hətta üçüncü çilçıraq da (qapının üstündən iddia olunan raket zərbəsinin episentrinə yaxın olan) görünür. Çoxsaylı oturacaqlar, məbədin əsas hissəsindəki rekvizitlər, şamlar
Təsvirdə iddia olunan raket zərbəsindən sonra hər şey 1 gün öncəkindən çox fərqlənir. Çilçıraq, ən əsası bir gün öncə heç bir zədəsi olmayan Məryəm ana tablosu parçalanmış haldadır. Dağıntının çoxluğu da diqqəti cəlb edir.
Kilsə dağıntılardan 2 gün sonra – Artıq “Məryəm Ana” tablosunun sadəcə çərçivəsi qalıb. Arxadakı rəsm əsəri toza salınaraq əyri formada asılıb. Digər rəsm əsəri yoxdur. Kilsə əvvəlki fotolarda olan görüntüdən çox fərqlənir. Həm mehrab, həm də ümumi dağıntı çoxdur.
Dərc olunub: 10 Oktyabr, 2020
Təsvirdə iddia olunan raket zərbəsindən sonra bütün rekvizitlər və şamlar olduğu kimi qalıb və qapının ətrafındakı rəsm yerindədir.
Təsvirdə iddia olunan raket zərbəsindən sonra bütün rekvizitlər və şamlar olduğu kimi qalıb və rahibin oturduğu ağacdan olan xüsusi kürsü zədələnməyib.
Təsvirdə iddia olunan raket zərbəsindən sonra hər şey 1 gün öncədən çox fərqlənir. Məbədin mehrabında bütün rekvizitlər və şamlar yoxa çıxıb və dağıdılıb.
Kilsədəki dağıntılar haqda erməni KİV-lərinin yaydığı görüntüləri analiz edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, yayılan ilkin video görüntülərdə kilsənin binasından qara tüstü çıxdığı göründüyü halda, kilsənin içindən yayılmış təsvirlərdə heç bir yanğın əlaməti yoxdur.
Uzaqdan çəkilmiş foto Ermənistan mediası tərəfindən yayımlanıb. Fotoda qara çox böyük yanğın və qara tüstü görünür.
Fotodan göründüyü kimi əvvəlki yanğın fotosundan fərqli olaraq, kilsənin üst örtüyündə böyük yanğın və dağıntı yoxdur. Əgər əvvəlki fotodakı yanğın həqiqətən baş versəydi, çox güman ki kilsənin üst örtüyünün ağac materiallar da yanardı. Bununla yanaşı, kilsənin interyerində də heç bir yanğın izi yoxdur.
Kilsədəki dağıntılar haqda Ermənistan KİV-lərinin yaydığı görüntüləri analiz edən hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, binada zərbənin dəydiyi iddia olunan yerin təhlili və “Google Maps” üzərindən aparılan araşdırma göstərir ki, “zərbə” kilsənin binasının Azərbaycan tərəfinə yox, Ermənistan tərəfinə baxan hissəsindən “dəyib”: “Erməni tərəfinin məntiqindən belə çıxır ki, raketimiz kilsənin üzərindən keçməli, sonra geriyə dönüş edib, binanın Ermənistan tərəfinə baxan hissəsindən zərbə vurmalı idi. Bu, heç bir sağlam məntiqə sığmayan bəyanatdır. Bir daha aydın olur ki, Ermənistan tərəfi bu cür iddialarla Azərbaycanı vandalizmdə ittiham etmək, ölkəmizə qarşı beynəlxalq qınaq formalaşdırmaq istəyir.
Polkovnik Şair Ramaldanovun da qeyd etdiyi kimi, raketin düşmə bucağı Ermənistan tərəfindən Azərbaycan tərəfinə doğru atılıb , bunu oyuğun Ermənistan tərərəfində az, Azərbaycan tərərfində isə çox parçalanmasından görə bilərik. Əgər raket ilə vurulduğunu qəbul etsək.
Yuxarıda da göründüyü kimi, oyuğun ölçüləri təxminən 2 metr diametrindədir və 20-30 sm qalınlığındadır. Əgər qəbul etsək ki, raket Ermənistan istiqamətindən Azərbaycan istiqamətinə doğru atılıb, onda oradakı xaç elementi qalmamalı idi. Əks tərəfdən Ermənistan istiqamətinə atılsa idi, onda digər günbəzlərdə zədələnmə yaranardı. Bu, çox güman ki, imitasiya edilmiş oyuqdur.
Bir gün fərqlə biz həm oyuğun böyüməsini, həm də xaç elementindəki eroziyanı və divarlardakı zədələri görürük.
3 foto var. 1-ci fotoda dağıntı var, amma xaçın üzərindəki elementqalmaqdadır. 2-ci fotoda xaçın üzərindəki elementin parçalanmasını müşahidə edirik. 3-cü fotoda isə xaç elementinin eroziya və dağıntısını görürük.
1-ci foto Ermənistan sosial mediasından əldə edilib.
2-ci foto dərc olunub: 8 Oktyabr, 2020
3-cu foto dərc olunub: 9 Oktyabr, 2020 15:05 PM
2-ci fotoda ümumiyyətlə, iddia olunan raketin özünün qalıqları kilsə içində yoxdur. Həmçinin ehtimal olunan zərbədən yarana biləcək yerdəki oyuq da yoxdur. Bura əsas episentr sayılır, oyuq qapının üzərindədir, lakin yan divarda vitraj pəncərəni görürük.
1-ci fotoda tavandakı oyuğun ölçüsünə və materialına diqqət edək.
2-ci fotoda görünən çöküntü və daşlar yuxarıdakı təxmini 2 metr və 20-30 sm qalınlığı olan oyuqdan töküldüyünə inam yaratmır. Qapının yanındakı rəsmdə də dəyişiklik var.
3-cü fotoda görünən çöküntü və daşlar yuxarıdakı təxmini 2 m diametri və 20-30 sm qalınlığı olan oyuqdan töküldüyünə inam yaratmır. Çünki diqqətlə baxsaq, yuxardakı oyuğun əvvələr qırmızı kərpiclə hörüldüyünü görə bilərik. Həmçinin yerdəki daşlar da nə ölçü olaraq, nə də material olaraq yuxardakı oyuğun açıq hissələri ilə uyğun gəlmir.
4-cü fotoda artıq daşların sayı, torpaq çöküntüsu çoxalıb. Bu foto əvvəlki fotolardan 1 gün sonra yayımlanıb, amma əvvəlkindən fərqli olaraq, daha çox torpaq yığıntısı görürük. Həmçinin qapının yanındakı rəsm də artıq yoxdur.
Dərc olunub: 9 Oktyabr, 2020 15:05
Erməni tərəfi iddia edir ki, kilsə iki dəfə eyni yerdən raket zərbəsinə hədəf olub. Belə ki, onların iddiasına inansaq, raket eyni oyuqdan kilsəyə 2 dəfə daxil olub. Ayrıca, yuxarıda göstərildiyi kimi fotolar arasında zaman fərqi var.
“Dünən günortadan sonra Azərbaycan raket atəşi ilə Şuşinin Müqəddəs Xilaskarını (Ghazanchetsots) iki dəfə hədəf aldı. Budur nəticəsi.”
Azərbaycan tərəfi rəsmi olaraq bildirmişdir ki, Şuşa şəhərində kilsənin zərər çəkməsi barədə məlumatın Azərbaycan Ordusunun döyüş fəaliyyəti ilə heç bir əlaqəsi yoxdur. Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Rəssam, “Mədəni Niyyət” layihə rəhbəri