Zərnişan Yusif

Bakıda çalışan müasir sənətçi Zərnişan Yusif bakalavr və magistr təhsilini aldığı Azərbaycan Dövlət İncəsənət Akademiyasının məzunudur. Azərbaycan Sənətçilər Birliyinin Gənc Sənətçilər bölməsinin üzvü olan Zərnişan, Bakıdakı Muzey Mərkəzinin təqdim etdiyi gənc istedadlar mükafatı daxil olmaqla,  Azərbaycanda müxtəlif incəsənət mükafatlarının laureatıdır, o, İspaniya, Yunanıstan, Türkiyə, Bolqarıstan, Çin, Hindistan, Avstriya, Birləşmiş Krallıq, Fransa, Almaniya və Rusiya da daxil olmaqla dünyanın dörd bir tərəfində festivallarda iştirak etmiş və işlərini sərgiləmişdir. Onun işi Avropa paytaxtlarını dolaşmış, 2012-2014 “Bakıya Uç” səyyar sərgisinin bir parçasını təşkil edib. Bakıda Zərnişan 2018-ci ildə Q Qalereyasında sərgilədiyi “Pul, Pul, Pul” sərgisi və 2016-cı ildə ATV Qalereyasında sərgilədiyi “Köhnə Bakı” sərgisi daxil olmaqla iki solo sərgi keçirib. O, həmçinin, Heydər Əliyev Fondu və Yarat Müasir İncəsənət Mərkəzinin müxtəlif layihələrində iştirak edib,  işləri Yaratda baş tutmuş ilk sərgidə – “Önsöz” sərgisində və 2016-cı ildə ARTIM Layihə Məkanında keçirilmiş “Yarım – Həqiqət” sərgisində nümayiş etdirilmişdir. 2019-cu ildə “Köpük Əksi” installyasiyası Venesiya Bienalındakı Azərbaycan Milli Pavilyonu üçün sifariş edilmişdir.

 

Zərnişan heykəltaraşlıq, installyasiya, rəsm və kollaj da daxil olmaqla fərqli üsullarla işləyir. Bakıdakı iki solo sərgisində o, rəsm və arxivləşdirilmiş kağız elementlərini birləşdirən kollaj işləri təqdim etmişdir. “Köhnə Bakı” (2016) sərgisində o, impressionist rəsm fonunda Bakının keçmişinə yuxuyabənzər baxış təklif edən parça, xalça motivləri və krujeva naxışları ilə örtülmüş, üzərinə Azərbaycan milli geyimləri geyinmiş insanların antik fotoları, köhnə kitab vərəqləri və tarixi poçt kartları yerləşdirilmiş, mavi, oxra, qırmızı və yaşıl rəngli kollajlar seriyası yaratmışdır.  Bu iş nostaljik olmaqla yanaşı, eyni zamanda həm də müasirdir, keçmişi indiki dövrə qaytararaq onun azərbaycanlı kimliyində olan davamlı irsini tanıyır. Zərnişan 2018-ci ildə Q Qalereyada nümayiş edilmiş solo “Pul, Pul, Pul” sərgisində də kollajla işləməyə davam etmişdir. Burada o, Azərbaycan pullarını parlaq rənglənmiş düzənliklər üzərinə yerləşdirmişdir, kağız pul rənglənmiş kanvasın içindən çıxır və onun içində yox olur, O, həmçinin, dünyanın fərqli yerlərinə aid valyutadan və Çin valyutası ilə ikonoqrafiyasından istifadə edərək əlavə seriyalar yaratmışdır.

 

2019-cu ildə Venesiya Bienalının Azərbaycan Milli Pavilyonuna olan tövhəsi “Köpük Əksi” işində, Zərnişan sosial media və virtual reallığı insan münasibətləri və icma həyatında aşındırıcı maddə roluna görə tənqid edib. Axıcı installyasiya kompüter çipləri və dövrə konturları ilə bəzədilmiş aydın plastik camdan düzəldilmiş insan fiqurlarından hazırlanmışdır. Fiqurlar avtomatları xatırladan formada bir xətt üzərində sıx bir şəkildə yerləşdirilmiş və öndən baxanda bu xətt üzərində asılmış əksetdirici kürələr ortaya çıxaraq, getdikcə süniləşən qlobal reallığa xas “qrup düşüncəsi” fenomenini və insanların sosial mediada təqdim etdikləri boş həyatları yaşama seçimini önə çıxardır. Bu texnologiyanın gətirdiyi rahatlıqların əslində individuallığı silərək cəmiyyəti dəyişməsinə olan xatırlatma və müasir həyatın bu təsirlərdən olan fərqindəliyin nəticələri geriçevirmə gücündə olduğuna dair xatırlatmadır. Zərnişanın işlərində tarixə və irsə dair diqqətli müşahidələri göstərir ki, mədəniyyətin qorunması üçün keçmiş gələcəyə bələdçi olmalıdır.

Zərnişan Yusif
VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir