Dağların Başından növbəti və son materialımız: DJ - Hazi Karim. XodVer-də öz "Səs-Küy"-ləri ilə yadda qalmış DJ, bu dəfə Xınalıqdan bizim üçün ifa edir! Qulaq asıb feyziyab olmaq vaxtıdır! ;)Ətraflı bax
Tags : XodVer Live
"Dağların başı"nda belə bir dj vardır, Rotterdamdan birbaşa festivala gəlibmiş. Buyurun, Ayazın maraqlı və qeyri-adi dj-setinə qulaq asın, XodVer'də.Ətraflı bax
Dəniz səviyyəsindən 2300 metr yüksəklikdən gitara səsi gəldi. Bəli, düz Dağların Başından gəldi, Rəhman Məmmədlinin ifasında. Özü də bu gitara Hendriksin, Jimmi Peycin, Slaşin gitaralarından fərqlənir - musiqiçinin öz dili ilə desək, "milli mal"dır. Ətraflı bax
XodVer Live geri dönür! Naschkatze qrupunun üzvü Fərhad Fərzəli və tarzən Əliağa Sadıyev "Bahariyyə" musiqi layihəsindən bir parçanı VarYox üçün xüsusi ifa ediblər. Görün tarın başına nə oyunlar açırlar! ?Ətraflı bax
Arxivi ələk-vələk edirdik, bu videonu tapdıq, dedik paylaşaq. Özü də səbəbkarın bu gün ad günü imiş - təbrik edirik. Dinləyək və dincələk. Unutmadan, çox yaxında İsfarın elektronik musiqi janrında ilk konserti olacaq, bizdən xəbər gözləyin! ? Ətraflı bax
"Fadiis" müxtəlif musiqi zövqlərinin, ruhların və təcrübənin qovuşmasıdır. Deyirlər ki, spontan edilən bir iş adətən uğurlu alınır. "Only if" adlı musiqi parçası da belə bir layihə ola bilər. Təqdimat tarixi məlum deyil, müəlliflər hələ susurlar.Ətraflı bax
XodVer Live uzun aradan sonra qayıtdı! NOIZdәn DәdәBaba-nın canlı çıxışını izlәyә vә dinlәyә bilәrsiniz. Darıxmışdıq!?Ətraflı bax
Azərbaycanın heç yerdə eşitmədiyiniz və dinləməyə doymayacağınız səsləri bundan sonra XodVer Live rubrikasında olacaq. İlk yayımımız İsfardan oldu. Dinləyin və həzz alın 🙂Ətraflı bax