Rasim Beynelmilel – Groovetape

 Rasim Beynelmilel – Groovetape

Həvəskar internet radiolarında sərgüzəştlərinə başlayan, universitet radiolarında Caz və Rok proqramları ilə davam edən Rasim özünü DJ deyil, “music selector” (musiqi seçicisi) olaraq görür.  Hardasa 5 ildir “Peyote Eskişehir”in residentlərindən biri olaraq fəaliyyət göstərən Rasim, Eskişehirdə F Stop, Salt and Pepper, İstanbulda ArkaOda kimi yerlərdə də çıxış edib. Əsas setlərində groove-a üstünlük verən Rasim old school, soul, funk, diskotekadan tutmuş Detroyt səsinə qədər geniş bir spektrə sahibdir. Onun üçün vacib olan, eklektik bir hekayə təqdim etməkdir.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir