Rejissor Karlos Reyqadasın tövsiyə etdiyi 10 film
Karlos Reyqadas meksikalı film rejissoru, yazarı və prodüseridir. Mexiko şəhərində hüquq üzrə oxumuşdur və sonradan, Londonda silahlı münaqişə qanunu və güc tətbiqi üzrə ixtisaslaşmışdır. Meksika xarici xidmətindən istefa etdikdən sonra Rotterdamda və 2002-ci ildə Kann Film Festivalında nümayiş etdirilmiş və Camera d’Or-a görə xüsusi isnad əldə etmiş Yapon (Japón) filmini ekranlaşdırmazdan əvvəl Belçikada 4 qısametrajlı film çəkmişdir. Film o və uzun müddətli prodüsser partnyoru Jaime Romandia ilə birlikdə hasilə gəlmişdir. 2004-cü ildə onlar Amat Esclante-in ilk filmi olan “Qan” (Sangre) filmini istehsal etdilər. 2005-ci ildə Reyqadas, Kanndakı rəqabətdə ikinci filmi – “Cənnətdə Döyüş” (Battle in Heaven) filmini təqdim etdi. 2007-ci ildə “Səssiz İşıq” (Silent Light) filminə görə festivalın Münsiflər Mükafatına və 2012-ci ildə “Qaranlıq Sonrası İşıq” (Post Tenebras Lux) filminə görə ən yaxşı rejissor mükafatına layiq görüləcəkdir. Onun ən son filmi “Bizim Zamanımız” filmidir (Our Time).
PAUL VERHOEVEN
“Robokop” (RoboCop)
“Robokop” gənc yaşlarımdan xatırladığım bəzi filmlərdən biridir. Altıncı sinifdə oxuyanda dostumun Mexiko şəhərində, evində kinoteatrı olan bir babası var idi və o, bizi ora aparıb filmi bizə bir neçə dəfə göstərdi. Mən çox heyrətlənmişdim. Filmin ritm, intensivlik və dürüstlüyünü sevdim. Hər şey sadə, lakin mənalı və dərindən hiss olunurdu. Aktyorlar mənim üçün naməlum və o qədər siravi idi ki, hər şey mənə real imiş kimi gəlirdi. Bu da yəqin ki, həyatımda ilk dəfə idi ki, kinoda səsin belə vacib ola biləcəyini başa düşmüşdüm. Maşında hərəkət edən hər bir boltu eşidə bilirdim və ilk dəfə idi ki eşitdiklərimin əslində süni səs olduğunu dərk etmişdim, hansı ki, hər şeyi bu qədər real etmişdi.
LUİS BUNYUEL
“Burjuaziyanın təmkinli cazibəsi” (The Discreet Charm of the Bourgeoisie)
Qəbul etməliyəm ki, Bunyuelin bəyənmədiyim və mənə çox dərindən təsir etməyən, məni güldürməyən və yəqin ki də ağlatmayan bir filmi olmayıb. Bu filmi ilk dəfə gördüyümdə çaşqın olduğumu, amma həyəcanlandığımı xatırlayıram və absurdluğun məğzinin nədən ibarət olduğunu düşündüm. Ancaq bir daha izlədikdə başa düşdüm ki, film heç də absurd deyil – həyatın absurdluğu haqqında idi, amma absurd deyildi. Tamamilə ağlabatan, kamallı və dahi bir film idi ki, bizim necə gülünc olduğumuzu güldürürdü. Çox gülməli idi və bizim necə axmaq olduğumuzu eleqant bir yolla göstərirdi.
JAK TATİ
“Əmim” (Mon oncle)
Tati barəsində ən sevdiyim şey, komik olan şeylər həmişə səthdə deyil, ikincidir. Amerikan komediyasında zarafatı zirvəyə qurursan və zarafat mərkəzi ünsürdür. Ancaq Tati’nin izləyicilər üçün hər zaman bir yer buraxdığı unikal yumor növü var. Bir şey sizin üçün gülməli deyilsə, gülməyiniz lazım deyil və bu problem deyil. Hətta fikir vermədən də keçmiş ola bilərsiz. Bu yanaşmanın antipodu Amerikan stand-up komediyasıdır. Burada daima yönəldilirsən – heç bir çıxış yolu yoxdur, gülməlisən və əgər başa düşməmişdinsə, lentə yazılmış gülüş də mövcud ola bilər. Tati tam əksidir. Onun komediyası əslində həyatda yaşanırmış kimi baş verir. Onun vəziyyətləri o qədər birbaşa və aydındır ki, onları anlamaq üçün hazırcavab olmaq və ya istehza və kinayə hissi keçirmək lazım deyil, sadəcə müşahidə qabiliyyətiniz olmalıdır.
Dreyer Karl Teodor
“Qertrud” (Gertrud)
“Qertrud” çox maraqlıdır, çünki ədəbiyyata çox yaxın görünən, sinematik cəhətdən çox yalın, sözlərdən savayı hər mənada sadə bir filmdir. Onlardan çox var və hadisələr tamamilə dramatik və quraşdırmadır. Ancaq Dreyer tarixdəki ən yaxşı rejissorlardan biri olaraq, tamamilə sinematik film yaratmağa nail olmuşdur. Eşitdiyiniz və gördüyünüz hər şey məlumat kimi vacibliyini aşır və özü bir başa mənalı olur. Başqasının dramasında emosional yaşayırmışsınız kimi deyil, həyatı təcrübə edirsinizmiş kimi hiss edirsiniz. Filmin çəkilişi 10 il vaxt çəkmişdir və bu onun möhtəşəm olmağında deyil, hər şeyin necə incə və o qədər yaxşı dizaynlanmağında, yaxşı hazırlanmağında hiss olunur. Hər şeyin bir səbəbi var və bu səbəb filmi güclü və unikal edir, bunu çətinlik çəkmədən hiss edə bilərsiniz.
MAURİS PİALAT
“Eşqlərimizə” (À nos amours)
Pialat-ın ifasındakı intensivliyi xatırlayıram. Onun gücü çox əzici və iqtisadidir. Filmdəki dil inanılmaz dərəcədə sadə, çox açıq və şəffafdır. Mən bu filmi iyirmi il əvvəl yalnız bir dəfə görmüşdüm, amma xatırlayıram ki, “Qertrud” haqqında biraz əvvəl dediklərimə tamamilə zidd idi. Özünü aşmaq əvəzinə, qarşınızdakı heykəl kimi açıq bir şəkildə mövcuddur.
JON-PİERR MELVİLL
“Dənizin sükutu” (Le silence de la mer)
Melvill mənim üçün çox, çox əziz rejissordur, çünki hiss edirəm ki o film çəkərkən əziyyət çəkir. Filmə hədsiz səy göstərir. Təbii bir şəkildə axmadığını hiss edirəm, amma tam olaraq da bu xoşuma gəlir, o çalışır və özünün bir çox hisslərini və görmə qabiliyyətini elə bir yolla qoyur ki, bu onun üçün mürəkkəb bir hal alır. “Dənizin sükutu” filmi də ən sevdiyim filmlərdən biridir, o yaxınlıq hissini dialoq yolu ilə deyil, məkan, müəyyən bir işıq növü və müəyyən bir yerin səsləri ilə yaradır. Necə olur ki, bir filmlə o, bir otağın ağırlığını və verə biləcəyi rahatlığı hiss etdirə bilər? Bütün bunlar nostalji ilə əlaqədardır və keçmişdəki bir yerlər barədə düşünməyimi xatırladır. Təsəvvür edə bilərəm ki, Melvill, xüsusilə keçmiş və xatirələri ilə necə rəftar etdiyini nəzərə alaraq, gərgin və ehtiraslı bir insan olmalı idi.
“Kölgələr ordusu” çox intellektual və zərif hazırlanıb. O, həmişə klassikdir – qaydalar mənasında deyil, nisbət və zəriflik baxımından köhnə yunan əsərləri kimidir. Bu, İkinci Dünya Müharibəsi illərində yaşayan insanlara, daha yaxşı bir insanlığa can atan başqa bir dövrün insanlarına aid olan bir keyfiyyətdir.
LUİS MALL
“İçindəki Yanğın” (The Fire Within)
Luis Mallın filmlərini sevirəm, çünki o öz üslubunda həmişə yaradıcıdır. O, başqa birisi kimi olmağa və ya hər hansısa bir dəbi kopyalamağa çalışmır, bizə özünün inandığı bir şeyi verməyə çalışır.” İçindəki Yanğın” filmində fransız, əlli-altmışıncı illərə aid bir atmosfer hiss edirsiniz: Satinin həmişə fortepiano musiqisi var və daha güclü, daha əzəmətli, daha ehtiraslı bir şey istəməsi hissi var. Özümü bir gənc və daha kiçik bir yetkin kimi hiss edirdim, həmişə həyatın heç vaxt arzu etdiyim qədər gərgin olmadığını düşünürdüm.
BOB RAFELSON
“Beş Asan Hissə” (Five Easy Pieces)
“Beş Asan Hissə” yaradıcı, çox gülməli, çox təzədir və izləmək tam bir əyləncədir. Yəqin ki, indiyə qədər gördüyüm kinodakı ən əyləncəli məqamlardan biri, götürdükləri iki qızla birlikdə yol getdikləri zaman olur və qızlardan biri zibil və kir haqqında neqativ fikirlər söyləyir. Bob Rafelsonun o qədər sərbəstliyə sahib olmağını sevirəm, hansı ki, dərinə və daha dərinə getməyi və zarafatı təkrarlamağı problem etmir. Onun sürətli getməyə ehtiyacı olmadığını hiss edirsən, çünki ona zarafatın başa düşüldüyünü və davam etmək lazım olduğunu deyən bir prodüsser var. Anlar özü özlüyündə mənalıdır və onlardan həzz alırsansa, niyə də davam etməyəsən? Rafelson da bunu edir və mənə görə bu çox gülməlidir. Ancaq eyni zamanda da dərindir. Deyə bilərəm ki, yanacaq doldurma məntəqəsindəki son səhnə bəlkə də kino tarixindəki ən yaxşı sonlardan biridir. Bu hər “beatnik”-in çəkmək istəyəcəyi bir filmdir. Məqsəd hissi olmadan intensiv yaşamaq, hara getdiyini bilməmək hissini mükəmməl ifadə edir.
Brayan De Palma
“Partlayış” (Blow Out)
Dediyim kimi, əziyyət çəkən rejissorları sevirəm və həmişə düşünmüşəm ki De Palma əziyyət çəkir. Onun işində qəribə birşeyin olduğunu, birşeylərin axıcı olmadağını və məni filmə fərqli perspektivdən baxmağa məcbur etdiyini hiss edirəm. “Partlayış” filmində sujet xətti çox səliqəlidir, diqqəti yayındıran heç nə yoxdur və bütün detalları xüsusi bir şəkildə görmək və müşahidə etmək imkanınız yaranır. Onun filmlərində bir çox məlumat var, lakin Tati kimi, hamısı dərin bir qatdadır. De Palma filmini izləyib onun çox adi olduğunu düşünürsünüz, lakin bir dəfədən çox baxdıqda həmişə daha yaxşılaşır.
BRUNO DUMONT
“İnsanlıq” (L’humanité)
Dumontdan izlədiyim ilk film “İnsanlıq” idi. “Yapon” filmini çəkdikdən dərhal sonra baxdım və məndə bir təəssürat yaratdı. Həmin an, Dumont tamamilə müəkəmməl bir şey edirdi: çəkərkən və ardıcıllıqlar yaradarkən, o, mövcudluğu kameraya daşıyırdı və onunla qururdu. “İnsanlıq” və “İsanın Həyatı” filmlərində səsi bu qədər birbaşa bir şəkildə istifadə etməsi diqqətə layiqdir, eyni ardıcıllığın bir hissəsi olmasına baxmayaraq, hər çəkilişin səsini əks çəkilişdən ayrı tutur. Həmçinin, hiss edə bilərsiniz ki, o, doğulub böyüdüyü yerdə çəkirdi. Obrazların dediyi şeylər, danışdıqları zaman aldıqları, fasilələr, sözlərin mükəmməl seçimi – bütün bunlar onun həyatda yaşadıqları haqqında çox agah biri olduğunu göstərir.