AW20 Haute Couture nümayişləri haqqında bilməli olduğunuz hər şey
Balmain-in Sena çayı boyu gəzintisindən Chanel-in punk kolleksiyasına qədər
Dəb aləmi koronavirusu gözləmir, ona görə də iyunun sonunda Parisdə keçirilməsi nəzərdə tutulan Haute Couture nümayişləri bu mövsüm rəqəmsal formada təqdim olundu.
Karantin müddəti dəb sənayesinin bəzi tanınmış dizaynerləri üçün Couture kolleksiyasının tamamlamağa, onu dəblə maraqlanan auditoriyaya təqdim etməyin (qısa filmlər vasitəsilə) yeni yollarını düşünməyə və konseptuallaşdırmağa fürsət oldu.
Bu dəfə nümayişlərin sadəcə bir həftə ilə məhdudlaşmadığı, növbəti performanslara baxmaq üçün heç kəsin heç yerə tələsmədiyi nəzərə alınaraq, bütün təqdimatlar iyul ayı boyunca davam edəcək. Balmain, Chanel bütün nümayişlərini təqdim etsə də, Valentino kimi bəzi brendlərin performansları hələ də davam edir. Sizin üçün ilk rəqəmsal Couture mövsümü haqqında bilməli olduğunuz hər şeyin siyahısını hazırladıq.
BALMAIN
Keçən həftə Olivier Rousteing bütövlükdə Balmain-in son Couture kolleksiyasından parçalar təqdim edən (90-cı illər tərzində hazırlanan qızılı zəncir kəmərlər, OTT paltarlar, satin opera əlcəkləri və s.) bir qrup model və nümayişçiləri bir araya gətirərək qayıqla Sena çayına topladı.
Texniki problemlər səbəbindən qısa müddətli dayandırıldığı deyilənə qədər TikTokda canlı yayım edən Rousteing şounu “İşıqlar şəhəri Parisə hədiyyə” adlandırdı. Təxminən 20000 tamaşaçı bu eleqant qayıqda keçirilən nümayişi izləmək üçün sahil boyunca düzülmüşdü.
VICTOR & ROLF
SS19 Couture mövsümünə geri dönüş etsəniz, çox güman ki, Victor & Rolf-un müasir dövrə həsr olunmuş ən yaddaqalan, “Gecikdiyim üçün üzr istəyirəm, gəlmək istəmirdim”, “Utancaq deyiləm, sadəcə xoşuma gəlmədin”, “Yox” kimi mottoları əks etdirən geyim kolleksiyasını xatırlayacaqsınız.
Hollandiyalı ikili bu mövsümün təkliflərini 3 hissəyə ayırdı və AW20-yə dəbsiz t-shirt-lərimizi və köhnə idman dəstlərimizi kölgədə qoyan satin paltarlar və gecəliklər ilə karantindən ilhamlanmış əyləncəli trio təqdim etdi. Dizaynerlər geyimlərin dekorasiyası üçün sosial mediaya müraciət edərək onların üzərində 00-ci illərin musiqiçisi Mikanın komedik formada izah etdiyi qısa filmdə göstərildiyi kimi ürək və gülüş emoticonlarından istifadə etdilər.
CHANEL
Virgine Viard Coco Chanel-in məktəbli formasını əsas AW20 kolleksiyasına əlavə etdikdən sonra ən son punk raw-esque tərzi ilə göz önündə idi. Dizayner Vogue jurnalına müsahibəsində bu mövsüm üçün ağlında “ekssentrik qızlar” olduğunu və Karl Lagerferdin uzun müddətdir ilham mənbəyi olan Prenses Diane de Beauvau-Craondan ilhamlandığını söylədi. Bəs geyimlərdə bu nə mənaya gəlir? 80-ci illər üslubunda gözoxşayan tvidlər, retro mini geyimlər və punk sancaqları, yamaqları xatırladan OTT daşları ilə bəzədilmiş ev klassikalarının müasir versiyası qısa film kontekstində debüt edildi. (yəqin siz də belə təxmin etmişdiniz!)
DIOR
Maria Grazia Chiuri dəb böhranının başqa bir məqamına İkinci Dünya Müharibəsinə istinadən nəzər saldı və 1945-ci ildən bəri italyan rejissor Matteo Garrone tərəfindən qısametrajlı bir filmdə təqdim olunan Théâtre de la Mode səyahət sərgisinə hörmətlə yanaşdı. Başlanğıcda Parisdə möhtəşəm atelyedə dizaynerlər Grace imzasının sakit tonlarında xırda tül və orqanza paltarları, tvid kostyumları ustalıqla yenidən təqdim edirlər, sonra bir sandığa yığırlar və sandıq 2 bell boy (yükləri daşıyan oğlan) tərəfindən nağıl meşəsinə aparılır.
Bu anda hər şey sürreallaşır ‒ meşə pəriləri, su pəriləri, faunlar (keçi buynuzları, insan bədəni olan meşə allahı) yeni kolleksiyaya baxmaq üçün ağacların arasından önə çıxır. Filmin ağ kastinqinə gəldikdə isə burada daha çox sürreal olan seçimlərin azlığı idi. İtalyan rəssam Sandro Boticellinin əsərlərindən ilhamlanan rejissor Garrone xəyali canlıları və pəri nağıllarını təsvir edərkən hər hansı rəng modelini əlavə etməyin çox çılğın bir ideya olduğunu və buna məcbur qaldığını söylədi.
MAISON MARGIELA
Maison Margiela-nın AW20 sənət şousunda II Dünya Müharibəsinin “hazırla və bərpa et” şüarı səsləndirilildi. Dünyanın böhran içində olduğunu nəzərə alsaq, vəziyyətə uyğun ifadədir. John Galliano və onun istedadlı gənc komandası Recicla 11 konsepsiyasını təqdim etdi və ikinci əl, köhnə və tullantılardan hazırlanmış paltarlardan ibarət olan bir kolleksiya təqdim etdi. Növbədə bol kəsimli, gender-neytral, Margiela tvisti ilə kombinlənmiş gecə geyimləri yarımçıq tikişlər, sequin oversize yun paltolar və hərbi motivlərdən ilhamlanmış xüsusi kəsimli pencəklər – bunlar hamısı Maisonun atelyesinin kəsim stolları üzərində Nick Knight tərəfindən hazırlanmış qısa bir filmdə nümayiş olunur. Şounun müşayiət edildiyi podkastda Galliano, Princess Julia, Stephen Jones və Steve Strange ilə yanaşı əfsanəvi London klub Blitz-də keçirdiyi günlərindən, karantində bir neçə ay qaldıqdan sonra öz işi ilə məşğul olmaq üçün necə dərin istəyi olduğundan danışdı: “Gözəllik üçün acam! Gəlin Zoom Party keçirək!”
VALENTINO
AW2020 Couture mövsümünü bitirən John Gallianonun yolunu davam edən və qısametrajlı “Of Grace and Light” filmi üçün Nick Knight ilə sənətini birləşdirən Pierpaolo Piccioli oldu. Soundtrack Valentino markasının AW20 yanvar nümayişində iştirak edən ifaçı FKA twigs-a məxsusdur. Modellər nərdivanlar üzərində dayanaraq sanki başqa dünyada boş bir ərazidə parlaq saçaqlı baş geyimlərində, ləçək naxışlı şalvarlarda və Pierrot-esque tül yaxalıqlı ağ geyimdə göstərilir. Romanın Cinecitta kino məkanında keçirilən şou ilə (başqa adla, şəhərin “xəyallar fabriki” kimi də tanınır) Piccioli “erkən kinonun sehrinə” daxil olduğunu və kralın hal-hazırda hamımızın sehrin toxunuşundan istifadə edə biləcəyimiz izah etdi.