Dünyanın ən nüfuzlu və böyük film festivalları, Beynəlxalq Film İstehsalçıları Federasiyası (FIAPF) tərəfindən seçilərək təsdiqlənir. 1933-cü ildə təsis edilmiş bu federasiyaya 29 ölkədən 34  assosiasiya daxildir. Jurnalist lüğətində hələ də qorunub saxlanılan “A” kateqoriyalı festivallar anlayışı, şərti olaraq FIAPF tərəfindən verilən akreditasiya ilə bağlıdır. Bu tip festivallar adətən çoxillik kinematoqrafiya ənənəsi olan ölkələrdə keçirilir.  “A” kateqoriyalı festivallar, başqa kino festivallarında iştirak etməyən ən az 12 tammetrajlı filmin iştirak etdiyi, eyni zamanda dövlət səviyyəsində beynəlxalq münsiflər heyəti və rəsmi dəstəyi olan festivallar sayılır. Bir ölkədə birdən çox “A” kateqoriyalı festival ola bilməz. Bu yazımızda “A” kateqoriyalı festivallar haqqında və digər məşhur festivallarla iştirak edən azərbaycanlı rejissorlar haqqında yazdıq.

 

Kann Film festivalı

 

Film festivalı deyilən zaman yəqin ki ağla ilk gələn festival Kann’dır. 1946-cı ildən başlayaraq hər ilin may ayında keçirilən festivalın əsas mükafatı “Qızıl Palma”-dır. 1946-cı ildən 1959-cu ilə qədər festivalın münsiflər heyətinin rəhbəri yalnız fransızlardan ibarət idi. 1960-cı ildə Belçikalı yazar Jorj Simenon bu trendi qıraraq festival jurisinin prezidenti seçilir.

 

Festival üçün ilk afişanı 1939-cu ildə rəssam Jan-Qabriel Domerq hazırlayır. Lakin İkinci Dünya müharibəsinin başlaması səbəbilə festival ləğv olunur. 1990-cı illərin ortasından etibarən Festivalın münsiflər heyəti qalibi seçmək üçün Domerqin bir vaxtlar yaşadığı və indi “Villa Domergue” adlanan malikanədə toplaşır.

 

Festivalın ən yüksək mükafatı Palme d’Or və ya “Qızıl Palma”, 1955-ci ildə təsis edilb. Həmin il festivalın təşkilatçıları trofeyi hazırlamaq üçün zərgərlərə müraciət edir. Aralarından Lusyen Lazon’un dizayn işi seçilir. 1997-ci ildən etibarən trofeyin istehsalı işi ilə İsveçrənin Chopard şirkəti məşğuldur.

 

Kann Film Festivalının əsas hissəsində verilən ən böyük mükafat: Qızıl Palma Budağı

 

20.000 avro dəyəri olan “Qızıl Palma” trofeyi 18 karat qızıldan hazırlanır. Baş verə biləcək hər hansısa bədbəxt hadisə və ya “İki Qalib” ehtimalını nəzərə alaraq, hər il istehsalı ilə məşğul olan şirkətə “Qızıl Palma”-dan iki ədəd sifariş verilir.

 

Hər il orta hesabla 4500 jurnalistin iştirak etdiyi Kann festivalı, Olimpiya oyunlarından sonra dünyanın ikinci ən böyük media hadisəsi sayılır.

 

Venesiya Film Festivalı

 

1932-ci ildə təsis olunan Venesiya, dünyanın ilk film festivalıdır. Kann və Berlin festivalı ilə birlikdə “Üç Böyük”-lərdən biri hesab olunur. Venesiya Film Festivalı, əsası 1893-cü ildə qoyulan Venesiya Bienalının bir hissəsidir. Bienal özü İtaliya və beynəlxalq incəsənəti, memarlıq, rəqs, musiqi, teatr və film kimi sferaları əhatə edir.  Festival hər ilin avqust ayının sonu və sentyabr ayının əvvəlində təşkil olunur.

 

Festivalın ən yüksək mükafatı olan “Qızıl Şir”, elə festivalın fəaliyyətə başladığı il təsis olunub. Mükafatın rəmzi olan qanadlı şir, vaxtilə Venesiya Respublikasının simvolu olub.

 

Venesiya Film Festivalının əsas hissəsində verilən ən böyük mükafat: Qızıl Şir

 

“Qızıl Şir” ilə yanaşı festivalda təqdim olunan digər əsas mükafatlar isə “Gümüş Şir”, “Əsas Jüri Mükafatı” və “Xüsusi Jüri Mükafatı”-dır.

 

Festival hər il Venesiyanın Lido adlı 11 kilometrlik sahil ərazisində keçirilir. Festivalın keçiriləcəyi gün dünyaca məşhurlar kanal vasitəsilə qayıqlarla festivalın keçiriləcəyi məkana gəlirlər. Bu, pərəstişkarların və fotoqrafların olduqca sevdiyi mənzərədir.

 

Festivalın ən yadda qalan hadisələri 1961-ci ildə Salvador Dalinin festivaldakı art performansı və 1999-cu ildə Stenli Kubrikin “Eyes Wide Shut” filminin təqdimatı olmuşdur.

 

İlk dəfə 2007-ci ildə homoseksual mövzuda filmlər üçün “Mavi Şir” mükafatı təsis olunmuşdur. 2009-cu ildə Tom Ford “A Single Man” filmi ilə, 2011-ci ildə isə “Wilde Salome” filmi ilə Al Paçino bu mükafatın qalibi olmuşdur.

 

Müxtəlif səbəblərdən Venesiya Film Festivalının uğurlu rəqəmi 7 hesab olunur. 7 mükafat, 7 proqram və 7 nəfərdən ibarət munsiflər heyəti.

 

Berlin Film Festivalı (Berlinale)

 

1951-ci ildən etibarən dünya film arenasına “Qızıl Ayı” mükafatı ilə çıxan Berlinale, dünyanın ən əhəmiyyətli film festivallarından biri sayılır.  Hər ilin fevral ayında təşkil olunan festival 300.000-dən çox bilet satışı və 500.000 qəbul sayı ilə ən böyük ictimai festival sayılır.

İsrail Berlinale tarixində ilk dəfə “Qızıl Ayı”-nı məhz bu il, 2019-cu ildə Nadav Lapid’in rejissoru olduğu “Synonyms” filmi ilə götürdü.

 

Festivalın bu günə qədər ən uğurlu laureatları ABŞ (13 qalib), Fransa (8 qalib), Böyük Britaniyaİtaliya (hər biri 7 qalib), Almaniyaİspaniya (hər biri 6 qalib) olmuşdur.

 

Sonuncu dəfə “Qızıl Ayı”-nı udan alman rejissor, Fatih Akın (2004) olub.

 

Toronto Film Festivalı

 

Bu festivalı digərlərindən fərqləndirən əsas xüsusiyyət, Ən Yaxşı Filmi münsiflər heyətinin yox, ictimaiyyətin seçməsidir. 1976-cı ildə təsis edilən festival, ilk başlarda Festivallar Festivalı adlanırdı. Digər film festivallarında seçilən ən yaxşı filmlər Toronto Festivallar Festivalında səbirsiz tamaşaçılar üçün göstərilirdi. 1994-cü ildə Festivalın adı dəyişilərək Toronto Beynəlxalq Film Festivalı olur.

 

Sürətlə böyüyən festival 2007-ci ildə Toronto iqtisadiyyatına 67 milyon dollar, 2011-ci ildə isə 170 milyon gəlir gətirmişdir.

 

Festival hər il 450.000-ə yaxın insana ev sahibliyi edir.

 

1984-cü il Toronto Film Festivalının rekorda imza atdığı ildir. Həmin il festivalda 460 filmin nümayişi keçirilib. İkinci rekord isə 400 film nümayişi ilə 2016-cı ildir.

 

1995-ci ildə azərbaycanlı rejissor Rüstəm İbrahimbəyov, senarisini Nikita Mixalkov ilə birgə yazdığı Günəşdən usanmışlar (1994) filmi ilə 1994-cü ildə Oskar mükafatına layiq görülmüşdür. Film eyni zamanda 47-ci Kann Film Festivalında Qrand Pri mükafatının laureatı olub.

 

2013-cü ildə Azərbaycanlı gənc rejissorlar Elvin Adıgözəl və Rüfət Həsənovun çəkdiyi “Buqələmun” filminin Lokarno Film Festivalında nümayişi keçirilmişdi.

 

Beş il sonra Elvinin digər filmi “Qaranlıqdan reportaj” isə 2018-ci ildə FIDMarseille-də nümayişi keçiriləcək filmlər siyahısına salınmışdı.

 

Azərbaycan kinosunu beynəlxalq arenada uğurla təmsil edən rejissor Hilal Baydarovun bir çox filmi məşhur festivallarda iştirak edib. Rejissorun “Adsız Yüksəkliklər” filminin 2019-cu ildə Sharjah Art Foundation’da nümayişi keçirilmişdi. Hilal eyni zamanda bu il Berlin Film Festivalı çərçivəsində Berlinale Talents’də iştirak edib.

 

Rejissorun “Ad Günü” filmi bu ilin yanvar ayında Belçikada Bridge Film Festivalında göstərilmişdir.

 

Bu il həm də Hilal Baydarovun son filmi “Xurmalar Yetişən Vaxt”, Visions Du Reel film festivalında iki mükafata ‘PRIX INTERRELIGIEUX’ və ‘MENTION SPÉCIALE JURY COMPÉTITION INTERNATIONALE LONGS MÉTRAGES’ mükafatına layiq görülüb.

 

Rejissor Orxan Ağazadənin “Oturacaqlar” filmi bu il Türkiyənin International Changing Perspectives Short Film Festivalında “Potluck” mükafatına layiq görülüb.

 

Orxanın “Oturacaqlar” filminin bu il Brussels Short Film Festivalında primyarası baş tutacaq. “Oturacaqlar” 4500 film arasından seçilərək primyerası baş tutacaq 62 film arasındadır.

 

Bir digər rejissor Teymur Hacıyevın “Salt, Pepper to Taste” filmi bu il Rotterdam Film Festivalında düşüb.

 

Azərbaycan kino sahəsinin son beynəlxalq uğurlarından biri də rejissor Elmar İmanovun “End of Season” filmidir. Film bu il Rotterdam Beynəlxalq Film Festivalında FIPRESCI mükafatına layiq görülüb. Rejissorun diplom işi olan “Tabutçunun Yelləncəyi” isə Tələbə Oskarı mükafatına layiq görülmüşdü.

 

Rejissor İsmayıl Səfərəlinin “Gecə Qabarbası” adlı tammetrajlı bədii filmi, 2017-ci ilin iyulunda Karlovı Varı intensiv proqramına qatılmaq üçün digər 6 layihə ilə birlikdə yarışmışdı.

 

Bir digər istedadlı azərbaycanlı rejissor İmam Həsənovun “Holy Cow” (Müqəddəs İnək) adlı sənədli filmi isə bir çox beynəlxalq mükafatlara layiq görülüb. Azərbaycan, Almaniya və Rumıniya ortaq istehsalı olan film (2015), IDFA „First Appearance Competition”, Amsterdam, Hot Docs – “World Showcase”, Toronto and One World və Prague Film Festivallarında iştirak edib.

 

Gənc Azərbaycan kinorejissoru Natiq Rəsulovun 2017-ci ildə çəkdiyi “İkinci Güllə” qısametrajlı bədii filmi, həmin Busan Qısa Film Festivalı və Kiev Beynəlxalq Film Festivallarında iştirak etmişdi.

 

Rejissor Asif Rüstəmovun 2014-cü ildə çəkdiyi “Axınla Aşağı” filmi, xarici film festivallarında ən çox uğur qazanan yerli filmlərdən biridir. Film ABŞ-ın Houston World Festivalında “Gümüş Remi” mükafatı, Avstriyanın Let’sCee Beynəlxalq Film Festivalında ”Xüsusi vurğulama mükafatı”, Los-Anceles SEEfest Beynəlxalq Film Festivalında “Ən yaxşı debüt” mükafatı qazanmış və İtaliya, Meksia, Hindistan, Çexiya kimi ölkələrin film festivallarında iştirak etmişdir.

The most influential and major film festivals of the world are selected and approved by the International Federation of Film Producers’ Associations (FIAPF). Founded in 1933, this federation includes 34 associations from 29 countries. The concept of category “A” festivals, which can still be found in the journalistic dictionary, is conditionally connected with the accreditation issued by the FIAPF. Usually, such festivals are held in countries with a long cinematic tradition. “A” category festivals are considered to be festivals where take part at least 12 full-length films that have not participated in other film festivals, as well as having an international jury and official support at the state level participate. In one country there cannot be more than one “A” category festival. This work is dedicated to the “A” category festivals and Azerbaijani film directors who participated in other famous festivals.

 

Cannes Film Festival

 

Hearing the words the word film festival one, first of all, thinks about the city of Cannes. The main prize of the event, which is held in every May, beginning from 1946, is the Golden Palm. From 1946 to 1959, the festival jury consisted only of the French. In 1960, having broken this trend, the Belgian writer Georges Simenon was elected jury president.

 

The first poster for the festival in 1939 was painted by artist Jean-Gabriel Domergue. But, in connection with the beginning of the Second World War, the festival is not realized. Since the mid-1990s, in order to select the winner, the jury of the festival is going to the residence Villa Domergue, where the artist himself once lived.

 

The highest award of the festival – Palme d’Or or “Golden Palm” was founded in 1955. That year, the event organizers turned to jewelers to prepare a trophy. The organizers liked the design of the jeweler Lucien Lasone. Since 1997, the Swiss company Chopard has been producing the trophy.

 

The trophy, which costs 20 thousand euros, is made of 18 carats of gold. Taking into account possible accidents and victories of two films, the organizers order two trophies annually.

 

The Cannes Film Festival, where about 4,500 journalists participate on average each year, is the second largest media event after the Olympics.

 

Venice Film Festival

 

Founded in 1932, the Venice Film Festival is the first film festival in the world. Along with Cannes and Berlin is considered one of the “Big Three”. The Venice Film Festival is part of the Venice Biennale, founded in 1893. The Biennale itself covers such areas as Italian and international art, architecture, dance, music, theater and cinema. The festival is held annually from late August to early September.

 

Golden Lion, which is the most prestigious award of this festival, was founded in the same year when the film festival began its activities. The winged lion, symbol of the award, once personified the Republic of Venice.

 

Along with the Golden Lion, the festival presents such awards as the Silver Lion, the Grand Jury Prize and the Special Jury Prize.

 

The festival is held every year in the 11-km coastal area called Lido. On the day of the festival, world-famous people arrive at the festival site on gondolas through a water channel. Fans and photographers are very fond of this spectacle.

 

The most memorable events of the festival were the art performance of Salvador Dali in 1961 and the presentation in 1991 Stanley Kubrick`s “Eyes Wide Shut”.

 

In 2007, the Blue Lion Award was created for homosexual films. In 2007, this award was won by Tom Ford with the film A Single Man, and in 2009 by Al Pacino with the film Wilde Salome.

 

For various reasons, the lucky figure of the film festival is 7. 7 awards, 7 programs and a jury consisting of 7 members.

 

Berlin Film Festival (Berlinale)

 

Released on the world stage of film festivals with the Golden Bear award since 1951, it is considered one of the most significant film festivals in the world. The film festival, which takes place in February of each year, with the sale of more than 300 thousand tickets and the ability to receive up to half a million people, is considered the largest public festival.

 

In 2019, Israel, for the first time in its history, became the owner of the Golden Bear thanks to the Nadab Lapid`s film “Synonyms.

 

The most successful laureates of the film festival are the USA (13 winners), France (8 winners), Great Britain and Italy (seven winners each), Germany and Spain (six winners each).

 

The last time Germany won the film festival in 2004 thanks to the film director Fatih Akin.

 

Toronto Film Festival

 

This film festival is different from others in that the best film here is chosen not by the jury, but by the public. This event, founded in 1976, was formerly called the Festival of Festivals. Films that became the best films of other film festivals were shown to the Canadian public thanks to the Toronto Festival Festivals. In 1994, the festival was named the Toronto International Film Festival. The fast-growing film festival in 2007 contributed to the economy of Toronto 67, and in 2011 – 170 million dollars.

 

The festival annually receives up to 450 thousand people. 1984 is a record for the festival. That year, 460 films were shown at the festival. And in 2016, 400 films were shown in Toronto.

 

In 1995, the film by Azerbaijani director Rustam Ibragimbekov “Burnt by the Sun” (1994), written in collaboration with screenwriter Nikita Mikhalkov, was awarded the Oscar. Along with this, the film won the Grand Prix of the 47th Cannes Film Festival.

 

In 2013, at the Locarno Film Festival, a film “Chameleon” by young directors Elvin Adigezyal and Rufat Hasanov was shown.

 

After 5 years, Elvin’s documentary “Reporting from the Darkness” was included in the list of films that were shown during of FIDMarseille.

 

Many films directed by Hilal Baidarov, who successfully represent Azerbaijani cinema in the international arena, became participants in famous festivals. In 2019, his film “Unnamed Heights” was shown at the Sharjah Art Foundation. Along with this, this year, H. Baydarov took part in the Berlinale Talents at the Berlin Film Festival.

 

Also, his film “Birthday” was shown at the Bridge Film Festival in Belgium.

 

At the Visions Du Reel festival, his film “When Persimmon Matures” won two awards – PRIX INTERRELIGIEUX and MENTION SPÉCIALE JURY COMPÉTITION INTERNATIONALE LONGS MÉTRAGES.

 

In 2019, the film by Orhan Agazade “The Chairs” was awarded the Potluck award at the International Changing Perspectives Short Film Festival in Turkey.

 

The premiere of this film at the Brussels Short Film Festival is also scheduled. The film “The Chairs” hit the list of 62 movie premieres, having passed the selection of 4,500 films.

 

The film “Salt, Pepper to Taste”, directed by Teymur Hajiyev, will take part in the Rotterdam Film Festival.

 

An example of one of the international successes of Azerbaijani cinema is Elmar Imanov`s film  “End of Season”. In 2019, the film was awarded the FIPRESCI prize of International Film Festival in Rotterdam.

 

The full-length film “Night Tide”, directed by Ismail Safarli, competed in July 2017 with 6 other projects for the opportunity to take part in the intensive program of Karlovy Vary.

 

The documentary film “Holy Cow” of another talented Azerbaijani film director Imam Hasanov won many international awards. The film (2015), which is a product of the joint production of Azerbaijan, Germany and Romania, took part in such international film festivals as IDFA First Appearance Competition, Amsterdam, Hot Docs – “World Showcase”, Toronto, One World and Prague Film Festival.

 

Shot in 2017 by the young Azerbaijani film director Natig Rasulov, the short film “The Second Bullet”, in the same year took part in the Busan Short Film Festival and the Kiev International Film Festival.

 

Filmed in 2014 by director Asif Rustamov, the film “Downstream” is one of the local films that have achieved the greatest success at foreign film festivals. The film was awarded the following awards – the “Silver Remy” of the Houston Film Festival, the “Special Accent Award” of the Austrian International Film Festival Let’sCee, and the “Best Debut” of the Los Angeles International Film Festival SEEfest. Along with this, the film “Downstream” took part in film festivals in such countries as Italy, Mexico, India and the Czech Republic.

Tags: