“Quxuroba” filmi Sarayevo Festivalında

Daha bir Azərbaycan filmi – “Quxuroba” nüfuzlu Sarayevo Film Festivalının əsas müsabiqəsindədir.

Sadə taksi sürücüsü Rasim müdirindən vacib bir tapşırıq alır. O, nəyin bahasına olursa olsun, gəlinlik paltarını ucqar kəndə çatdırmalıdır. Bu yolda Rasim cavan bir qadını maşınına alır. Onların demək olar ki, danışacaqları bir şey yoxdur, amma bir-birlərinə söyləyəcəkləri nəsə var. Beləliklə, iki fərqli tale bir yolda kəsişir.

European Short Pitch, Image Production, Mastering, Distribution mükafatlarının qalibi olan “Quxuroba” filminin rejissoru və ssenari müəllifi Teymur Qəmbərovdur. Filmin aktyor heyətində Elxan Səmədov, Roza İbadova Koçamaz, Rada Nəsibova, Cahangir Malik, İlqar Dadaş yer alır.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir