İnklüzivliyə Yaradıcı Nümunələr

Həyat keyfiyyətinə, sosial inteqrasiyaya, mədəniyyət və incəsənət sektorunda inklüziv mühitin qurulmasına və alternativ gəlir mənbələrinin yaradılmasına xüsusi diqqət yetirildiyi bu dövrdə məhdud imkanlı insanların auditoriya kimi kinematoqrafiya sahəsinə cəlb edilməsi sosial və iqtisadi baxımdan çox vacibdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, Azərbaycan əhalisinin 6,4%-ni əlilliyi olan şəxslər təşkil edir, dünya üzrə bu göstərici 15%-dir. Növbəti onilliklər ərzində Azərbaycan əhalisinin demoqrafik sayı artdıqca bu göstəricinin yüksəlməsi gözlənilir.

British Council Azərbaycan Böyük Britaniyanın Azərbaycandakı səfirliyi, Nizami Kino Mərkəzi və YARAT Müasir İncənəsət Məkanı ilə birlikdə 24-25 may tarixlərində Azərbaycanın mədəniyyət liderləri üçün iki günlük təlim təşkil edib. VarYox da bu anları kadra almaq üçün orada idi.

Ümid edirik belə tədbirlər yenidən başqa məkanlarda da təkrarlanacaq!

VarYox Support

VarYox olaraq 2018-ci ildən bəri yüzlərlə kontent ərsəyə gətirmişik. Keyfiyyətli işləri davam etdirmək üçün müstəqil qalmağımız labüddür. Bu barədə bizə ən yaxşı köməyi siz, izləyicilərimiz edə bilərsiniz. İanə üçün şəkildəki ünvana daxil olun və istənilən məbləğlə bizə dəstək olun. ❤️ Sevilirsiniz!

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir