Fuckup Nights – Bakı tədbiri başlayır

 Fuckup Nights – Bakı tədbiri başlayır

Fuckup Nights 2012-ci ildə Meksikada başlayan və insanların ictimaiyyət qarşısında biznesdəki uğursuzluq hekayələrini paylaşdıqları qlobal hərəkatdır. Hər il dünyanın 70-dən çox ölkəsinin 200-dən artıq şəhərində yüzlərlə insan sahibkarın uğursuzluq hekayələrini dinləmək üçün toplaşırlar. Hər tədbirdə 3 və ya 4 spiker olur və onlar 10 şəkildən istifadə etməklə 7 dəqiqə ərzində öz uğursuzluqları haqqında danışırlar. Tədbirin formatına uyğun olaraq spikerlər 7 dəqiqə ərzindəki təqdimatda aşağıdakı sualları əhatə edirlər.

  • Hansı layihə və ya bizneslə məşğul olublar?
  • Uğursuzluğa nə səbəb olub? Bu onların şəxsi həyatına necə təsir edib? Burdan hansı dərslər çıxarılıb? Yenidən eyni işlə məşğul olsaydılar, nələri fərqli edərdilər?

Hər çıxışdan sonra spikerlər auditoriyanın maraqlandırdığı sualları cavablandırırlar.

Bu tədbir ilk dəfə Bakıda 22 iyun saat 19:00-da Next Step Innovation Center-də baş tutacaq. Tədbirin spikerləri Cavid Ağa, Ağahuseyn Əhmədov və Günel Cənnətova olacaq.

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir