Qəribə Dünya Çempionatı
Londonda mərkəzləşmiş Qordon Rayd və Kallum Stefenson Hey Studio, Yarza ekizləri və Ben Haskinq kimi 20-dən çox yaradıcı insanı öz sevimli favorit, gülməli və qəribə Dünya çempionatı anlarını təsvir edən işlər üzərində çalışmağa dəvət edib. Bu əsərlər Londondakı pablara paylanacaq pivə altlıqlarının üzərində çap olunacaq. Bu layihənin adı “Qəribə Dünya Çempionatı” adlandırılıb.
Layihədən qazanılan bütün pul “Sərhədsiz Futbol” xeyriyyə cəmiyyətinə gedəcək – bu cəmiyyət hazırda Londonda məhdudiyyətli gənclər üçün ayrılacaq bir ərazi üçün xərclənəcək.
Panini Çipskeyts
Hələ 2014 və 2016-cı ildən bəri bu işə başlayan britaniyalı Aleks və Şan Pretçet cütlüyü (Panini Çipskeyts kimi də tanınırlar) indiyədək Dünya Çempionatında olan bütün stikerləri çəkməyə cəhd edəcəklər – bu da hardasa 32 gün ərzində 150 saatlıq iş deməkdir. Burda UEFA Avro 2016 üçün çəkilmiş Panini stikerlərindən nümunə görə bilərsiniz.
Dünya Kuboku portretləri
Bristolda yaşayan Co Valdron The Washington Post, The Telegraph və Financial Times kimi bir sıra yüksək səviyyəli nəşrlər üçün illüstrasiyalar yaradan Celli London tərəfindən təmsil olunur.
İmzasına çevrilmiş kəskin xətli təsvirlərdən istifadə edərək yaratdığı məhşur futbolçuların bu gözəl kollajını Dünya Kuboku öncəsində bir araya gətirdi. Onun işləri, eyni zamanda, London Nəqliyyat Muzeyində, “Jaguar Shoes & Urban Outfitters”də nümayiş etdirildi.
Dünya Kuboku kollajları
Los-Ancelesdən olan sənətçi Noa MakMillan hər gün 2018-ci il turnirinə iştirak hüququ qazanmış ölkələrdən birini anladan fərdi layihə hazırlayır. Bu rəngli kağız kəsikləri milli rəngləri və ölkələrin məhşur emblemlərini möhtəşəm kollajlarda birləşdirir.
Noa öz layihəsində deyir ki, “bir amerikalı futbol fanatı kimi çox zaman öz şəxsi histeriyamla yaşadığımı hiss edirəm ( kimsə mənim Arsenalın yay transfer strategiyası haqqındakı 14 teoriyamı eşitmək istəyir? Yox?)”
“Yenə də hər 4 ildən bir 1 ay ərzində dünyanın qalan hissəsi oyunlar zamanı mənimlə bir yerdə ağlını itirməyə hazırdı. Dünya Çempionatı yüksək hərarətli, rəngli, xaotik, ruhlandırıcı və başdan çıxarıcıdır. Hər şeydən əvvəl bu, bütün dünyanı əhatə edən qlobal bayramdır və mən bu enerjini bir sıra illustrasiyalarla təsvir etməyə çalışdım.”
Dünya Kuboku rəsmi posteri
Məhşur rus rəssam İqor Quroviç 2018 FIFA Dünya Kuboku rəsmi afişasında əsas fiqur kimi sovet qapıçısı – rus futbolunun simvolu və futbol tarixində ən yaxşı qapıçı hesab olunan Lev Yaşini seçib.
Onun yaradıcılığı ,həmçinin, Dziqa Vertov və Stenberq qardaşlarının əsərlərindən ilhamlandığı 1920-ci illərin stilini, post-konstruktiv qrafiklər və posterlərini əhatə edir.
İqor Quroviç Dezeen-ə olan müsahibəsində qeyd edir ki, rus post-konstruktiv afişaları Rusiya tarixinin ən ikonik elementlərindən birinə çevrilmişdir. Onun yaratdığı posterlər tarixi vizual dil olan “şübhəsiz ki, rus işidir” deyimini təsdiqləyir.
BBC təqdimatı
Dünya çempionatı üçün BBC Kreativ komandası da animasiya hazırlayıb. Animasiya futbolun ruh və ehtirasını futbolçular, komandalar, sahələr və yadda qalan anlarla birgə çatdırır – 1990-cı ildə Qazzanın göz yaşları da buna daxildir. Ümumilikdə 28×19 santimetr ölçüsündə 650 səhnə hazırlayan komanda hər səhnəyə 3 saat rəqəmsallaşdırma, 2-3 saat da birləşdirməyə vaxt sərf edib.