İncəsənət, dəb, vintaj və vinil sevərlər üçün şad xəbərimiz var: Aprelin 20-də Bakıda HANDICRAFT Baku ilə birgə ilk dəfə bu yazı əlvan rənglərlə bəzəyəcək BAZARDÜZÜ pop-up yarmarkası keçiriləcək!
BAZARDÜZÜ – gənc və istedadlı geyim, aksessuar dizaynerləri, rəssamlar, musiqiçilər və həmfikirləri bir araya gətirən yeni məkandır. Çoxdan “özünə aid olan”ı axtaran, lakin tapa bilməyənlər burada istedadlı dizaynerlər və vintaj reseylerləri tərəfindən təqdim olunan dəbli və keyfiyyətli əşyalar və yaxud orijinal aksessuarlar əldə edə bilər. Bundan başqa “ruhu və xarakteri” olan əşyaları qiymətləndirənlər üçün yarmarkada vinil plastinkalarından və diqqətlə seçilmiş retro əşyalardan ibarət xüsusi korner olacaq. Həmçinin dəbli əl işləri sevənlər üçün HANDICRAFT Baku öz iştirakçilarını təqdim edəcək.
Layn-ap:
MOSK19
OOMA
Hazi Karim
Samir S.
Rafael Ataev
Giriş sərbəstdir, gəlmək mütləqdir!
20 aprel-də Passage 1901-ə gəl ( Nigar Rafibeyli 20). Saat 11:00-dan 20:00-a qədər səni yarmarkada gözləyirik.
Bazarduzu team
Приходи 20 апреля в Passage 1901 ( ул. Nigar Rafibeyli 20). Ждем тебя с 11:00 до 20:00.
Bazarduzu team
FB: https://bit.ly/2YT2XGm