Soul Button – 20 Aprel

 Soul Button – 20 Aprel

Soul Button – Almaniyalı DJ və musiqi prodüseri, Steyoyoke Recordings-in təsisçisi.

 

Avropanın ən canlı musiqi şəhəri olan Berlindən olan Soul Button, şübhəsiz ki, yerli səhnədə fərqli bir iz qoymuşdur. O, müstəsna prodüsinq bacarıqları ilə təkraredilməz, güclü, fərqli və yenilikçi bir istiqamət olan – Ethereal Techno janrını yaradıb.

 

Onun leyblları Steyoyoke, Steyoyoke Black və Inner Symphony yeraltı musiqi dairələri içərisində formalaşaraq bir institut halına gəliblər. Qabaqcıl radio nümayişləri və podkast seriyası son bir neçə il ərzində onun izləyicilərini əhəmiyyətli dərəcədə artırdı. Onun beynəlxalq səviyyədə tanınması və müvəffəqiyyətli inkişafı, cari elektron musiqi sahəsindəki yerini təsdiqləyir.

 

2012-ci ildə ilk rəsmi EP-i “Shadows”-u buraxdı. Ardınca “Play Again’, “Swift Minds” və “Wraith” adlı üç möhtəşəm EP işıq üzünə çıxarıb. 2017-ci ilin May ayında işıq üzünə çıxardığı “Master Of My Fate”, çoxsaylı yüksək səviyyəli artistlərin dəstəyini qazandı və tez bir zamanda Beatport Deep House siyahısında yer aldı. Bir sıra üst səviyyə remixlərindən sonra o, 2018-ci ilin başlanğıcında maraqlı bir EP, ‘Reverie’, reliz etdi və bu EP, ümumi Beatport TOP sıralamasında 4-cü yerdə idi.

 

O, öz leyblları ilə yanaşı Asymmetric, Kompakt, Diynamic və Einmusika kimi leybllarda da relizlər etmişdir.

 

▫️SOUL BUTTON
https://soundcloud.com/soul-button
https://www.residentadvisor.net/dj/soulbutton

 

▫️BUNBECK
https://soundcloud.com/cavid-bunyatov

 

▫️RONFOLLER
https://soundcloud.com/ronfoller

 

BİLETLƏR: YALNIZ QAPIDA – 15 AZN

Soul Button

Salam, biz VarYoxuq. Bizi birləşdirən bir dəyər var – incəsənət və mədəniyyətimizi fərqli rakurslardan göstərmək və inkişaf etdirmək istəyi. Biz keçmişin mədəni və incəsənət nailiyyətlərinin kölgəsində gizlənmək istəmirik, yeni uğur, yeni təşəbbüs, qısası yeni nəfəs axtarırıq.

Fəaliyyətimizin ilk 2 ilində müxtəlif şirkət və təşkilatlardan maddi dəstək alsaq da, son 1 ildir ki, özümüz özümüzü kommersial layihələrlə maliyyələşdiririk. Təəssüf ki, bu imkanlar həmişə əlçatan deyil və artıq siz sadiq izləyicilərimizə üzümüzü tutmaq məcburiyyətindəyik. İndiki məkanımız bizim üçün sadəcə iş yeri deyil. Bura həm müxtəlif tədbirlərimizi, canlı yayımlarımızı etdiyimiz studiyadır, həm də bir araya toplanmaq, müxtəlif ideyalar arasında breynstorminq etmək və nəticədə keyfiyyətli, faydalı işlər görmək üçün komandamızı birləşdirən yaradıcı məkandır. Hal-hazırda məkan xərcləri və bu kimi məsələlər üçün dəstəyinizə ehtiyacımız var. İtirsək, artıq əvvəlki kontentlər bizdən asılı olmadan zamanla ləngiyəcək və bəlkə də davam edə bilməyəcək. İnanırıq ki, siz də bizim kimi bunu istəməzsiniz. Ona görə də bizə dəstək olmaqdan çəkinməyin.

Bunlar da xoşunuza gələ bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir