Kinematoqrafçı, fəlsəfəçi, rəssam və yazıçı Teymur Daimi Azərbaycanda müasir incəsənət sahəsinin ən görkəmli mütəxəssislərindən biridir. Bakıda doğulmuş rəssam, 2000-ci ildə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq institutunda fəlsəfə üzrə aspirantura dərəcəsini bitirmişdir. 1990-cı illərdə o incəsənətin nəzəriyyəsi və fəlsəfəsi sahəsində aparıcı mütəxəssislərdən biri idi. 1996-cı ildə onun, estetikanın və mənəviyyatın öyrənilməsinə həsr olunmuş “Yolun axtarışı” kitabı işıq üzü görür. Həmin dövrdə Bakının incəsənət səhnəsində baş verən inanılmaz və məhsuldar dəyişikliklərin şahidi və katalizatoru olmuş Teymur Daiminin öz əsərləri incəsənətin və fəlsəfənin necə kəsişdiyinə rəssamın baxışını əks etdirir. Qeyd etmək lazımdır ki, onun məqalələri dünya miqyasında esse formasında çap edilib və bir çox sərgi kataloqlarına daxildir. Azərbaycan Dövlət İncəsənət Kollecində gənc rəssamlara dərs deyən Teymur, 2014-cü ildə ölkədə incəsənətşünaslığı inkişaf etdirmək üçün Yarat Müasir İncəsənət Məkanında bədii yazı üzrə master-klass həyata keçirir. Onun əsərləri prestijli beynəlxalq biennale və kino festivallarında yer almış, həmçinin Belçika, Fransa, Yunanıstan, Gürcüstan, Almaniya, Rusiya, Ukrayna və BƏƏ kimi ölkələrdə sərgilənmişdir. Onun əsərləri 2007-ci ildə 53-cü Venesiya biennalesi çərçivəsində Azərbaycan pavilyonun bir hissəsini təşkil etmiş, 2014-cü ildə isə Art Dubai-də Marker: Qafqaz və Mərkəzi Asiya adlı nüfuzlu sərgidə nümayiş etdirilmişdir. Bir təcrübəsini inkişaf etdirən rəssam, fəlsəfəçi və pedaqoq kimi o, Azərbaycanın müasir incəsənət səhnəsinə mühüm və danılmaz töhfələr vermişdir.
Teymurun əl işləri mənəvi simvollarla, ezoterika, fəlsəfə, universal dini mövzularla və insani emosiyalarla zəngindir. Erkən karyerasının əsasını təşkil edən rəssamlıq və qrafik yaradıcılığı, müqəddəs obrazları araşdıran çoxlaylı meditativ kompozisiyalar ilə xarakterizə edilir. Parlaq rəngləri, nağışları və sürrealizmi vasitəsi ilə rəssam istifadə etdiyi universal simvolları və onların insan hissləri ilə əlaqəsini izləməyə dəvət edir. Hal-hazırda isə, Teymur Daiminin videoartı və konseptual filmləri bu hisləri diqqətlə təhlil edərək, diqqəti “neyroestetika” və zaman axışı adlandırdığı bizim reallığı dərk etmək mövzularında cəmləşdirir. Onun yaradıcılığı genişdir – əsərlərinin bir hissəsi tezis baxımından açıq olduğu halda, digərləri mənasının anlaşılması üçün daha dərin təhlil tələb edir. Narrativ və eksperimental kino yaradıcılığında isə o yenə də vizual dərk olunmağa üstünlük verir. Videoart sahəsindəki son işlərində Teymur Daimi, reallığın şəxsi təcrübədən necə formalaşdığını və texnologiyaların, koddakı nasazlıq və ya ekranın vasitəçiliyi ilə ətrafımızdakı dünyanı dərk etməyimizdə oynadığı rolu araşdırır. Bu istiqamətdə, onun 2017-ci ildə ərsəyə gələn “Bu sevgidir” filmi, rəssamın valdeynlərinin 65-illik sevgisi haqda müxtəlif ailə videoları, şəkilləri və şəxsi hekayələri vasitəsilə bəhs edir. Bu kəskin və ekstremal dərəcədə effektli film, həm acı-şirin, həm də düşündürücü, sevgi və yaddaşı qarşı-qarşıya qoyaraq, həyat yoldaşının ölümü ilə emosional hissin yox olmadığını sübut edir. Bütün yaradıcılığında olduğu kimi, Teymur tərəddüdsüz olaraq, iş onun öz həyatı ilə bağlı olsa belə, çətin konspesiyalar və mövzularla məşğul olur. Öz təcrübəsindən ilhamlanan Teymur Daiminin bir rəssam və fəlsəfəçi kimi yaradıcılığı, insan həyatının emosional qatlarının detallı araşdırılmasını təmin edir.
Teymur Daiminin veb səhifəsi: teymurdaimi.com
Lesli Qrey Dubayda məskunlaşmış kurator olmaqla yanaşı, Körfəz ölkələri və Xəzər regionunun müasir incəsənətini araşdırır. O ArtAsiaPacific incəsənət jurnalı üçün Mərkəzi və Qərbi Asiya regionlarından yazır. O Bakı incəsənət səhnəsini sevir və tez-tez ziyarət edir.