Fevralın 29-da, “Lu Tattoo Studio”da “Handicraft Baku”nun təşkil etdiyi ikinci Qaraj Satışı baş tutacaq. Burada siz əla və unikal ikinci əl əşyalar – paltar, aksessuarlar, bəzəklər, kitablar, habelə istedadlı ustalar tərəfindən hazırlanmış əl işlərini əldə edə biləcəksiniz.
Tədbir gündüz party-si formatında keçiriləcək. Burada təkcə gözəl əşyalar deyil, həm də gənc rəssamların məftunedici əsərləri, ruhlandırıcı DJ setləri, dadlı kokteyllər feyziyab edəcək. Tatu və pirsinq həvəskarları isə özlərini əsl cənnətdə hiss edəcəklər! Gəlin, özünüzlə dostlarınızı, yaxşı əhval-ruhiyyə və nağd pul gətirin.
Gəlin, əşyalardan şüurlu istifadə edək, ətraf mühitə qayğı ilə yanaşaq və nəyi var əylənək – axı belə bir gün 4 ildə bir dəfə baş verir!